XİN rəsmisi: "Fransa hökumətini Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq"
SİYASƏT
Bugün, 09:07
"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir".
Mia.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransa Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialara dair şərhində deyib.
O bildirib ki, Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir: "2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə alınmaması qəbuledilməzdir.
Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin "özbaşına həbs edilmiş" şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir.
Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır".
XİN rəsmisi qeyd edib ki, Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir:
"İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir.
Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır".
Hacızadə bildirib ki, Fransanın özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsinə də diqqət çəkib:
"Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub. Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir. Fransa Hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
PUTİNLIƏ TRAMP ÇİNDƏ BİR ARAYA GƏLDİ - Tarixi görüşdən ilk FOTOLAR
Bugün, 09:14 GÜNDƏM
-
XİN rəsmisi: "Fransa hökumətini Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq"
Bugün, 09:07 SİYASƏT
-
"Beşiktaş"ın baş məşqçisi komandadan ayrılır? - Prezidentdən sərt açıqlama
Bugün, 09:00 İDMAN
-
İSTANBULDA PİŞİK ÜSTƏ GÜLLƏLƏNMƏL: qonşusuna "sənin pişiyin niyə evimə girdi" dedi və...
Bugün, 00:28 KRİMİNAL
-
İSTANBULDA ŞOK OLAY - Klub başqanı şərikinə 19 güllə sıxdı
Bugün, 00:06 KRİMİNAL
-
Havada bomba təhlükəsi - Rusiya təyyarəsi Antalyada təcili eniş edib
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışıblar
18.11.2026, 23:24 GÜNDƏM
-
Sahibə Qafarova Türkmənistana işgüzar səfər edib
18.11.2026, 23:04 GÜNDƏM
-
Kəmaləddin Heydərov qanunsuz tikliyə etiraz edən işçisini vəzifədən çıxardı - VİDEO
18.11.2026, 22:10 CƏMİYYƏT
-
AZAL-ın BİTMƏYƏN NAXÇIVAN DƏRDİ: sərənişinlər çarəsiz qalıb, rəhbərlik isə... - "Bütün medianı AZAL tərəfindən satın alınıb"
18.11.2026, 22:03 CƏMİYYƏT
-
Antalya bələdiyyəsinin sədr əvəzi CHP-dən istefa verdi
18.11.2026, 21:26 DÜNYA
-
Abdullah Öcalana İmralıda ailə üzvləri ilə görüşə icazə verilib - FOTO
18.11.2026, 21:10 DÜNYA
-
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda sürücülərdən maşınlar geri yığılır (YENİLƏNİB)
18.11.2026, 20:56 GÜNDƏM
-
Qazaxda ağır qəza: üç nəfər ölüb
18.11.2026, 20:40 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb - XİN açıqladı
18.11.2026, 20:27 SİYASƏT
-
Prokurorun etirazı qəbul olunmadı General qızı haqda qərar verildi (Yenilənib)
18.11.2026, 19:39 GÜNDƏM
-
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub
18.11.2026, 18:25 KRİMİNAL
-
Amerika klubları "Fənərbağça"nın hücumçusu uğrunda yarışır
18.11.2026, 18:09 İDMAN
-
Juan Mata 38 yaşlında futbola "sağ ol" dedi
18.11.2026, 18:06 İDMAN
-
Trampın bu hərəkəti gündəm oldu - FOTO
18.11.2026, 17:51 DÜNYA
-
DSMF-nin debitor və kreditor borcları artıb
18.11.2026, 17:43 İQTİSADİYYAT
-
Polis əməliyyatı: 104 kq narkotik dövriyyədən çıxarıldı, həbslər var
18.11.2026, 17:37 KRİMİNAL
-
"Qalatasaray"ın hücumçusu Ukraynaya görə geri dönə bilmir
18.11.2026, 17:15 İDMAN
-
Küləkli hava ilə bağlı - XƏBƏRDARLIQ
18.11.2026, 17:09 CƏMİYYƏT
-
Dövlət qulluğu imtahanında mühüm dəyişiklik: daxili müsahibə və iki fənn ləğv edilir, yenisi əlavə olunur (YENİLƏNİB)
18.11.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.11.2026, 17:00 İQTİSADİYYAT
-
Kirayəçi evdən çıxmırsa, ev sahibi nə etməlidir? - Şərh
18.11.2026, 16:55 CƏMİYYƏT
-
Ərdoğanın müavininin oğlu istintaqa çağırıldı - Milyardlıq dələduzluq iddiası
18.11.2026, 16:29 SİYASƏT
-
Kremlin əsas ideoloqun paylaşdığı xəritə: “üçqütblü dünya modeli" və ya Rusiya, Çin və Amerikaya ayrılan xəyali dünya (TƏHLİL)
18.11.2026, 16:23 SİYASƏT
-
Su Ehtiyatları Agentliyi barədə yeni qərar: 435 ştat vahid yardıldı
18.11.2026, 16:16 CƏMİYYƏT
-
Aparıcıya yeni vəzifə verildi
18.11.2026, 15:54 PRESS
-
AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar"
18.11.2026, 15:43 SİYASƏT
-
RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir
18.11.2026, 15:38 GÜNDƏM