Azərbaycanda iki nəfər minaya düşüb, biri həlak olub (YENİLƏNİB)

Azərbaycanda iki nəfər minaya düşüb, biri həlak olub (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 17:33

 Ağstafa rayonunun Çeyrançöl ərazisində 2026-cı il 15 noyabr tarixində sursat partlayışı hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildrilib ki, Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahub isə xəsarət allb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

***

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib.

Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR