Füzulidə avtoqəza: 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Füzulidə avtoqəza: 3 nəfər ölüb, 4-ü xəsarət alıb

KRİMİNAL

Bugün, 09:14

Ötən gün Füzuli rayonunda ağır yol qəzası baş verib.

Mia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub.

Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib.

Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR