Tramp və nazirə "sayğılı ol" deyə bağıran əsgərə medal verildi - FOTO

Tramp və nazirə \"sayğılı ol\" deyə bağıran əsgərə medal verildi - FOTO

DÜNYA

Bugün, 10:22

Məşhur Arlington Milli Məzarlığında "Naməlum Əsgərin Məzarı" qarşısında ucadan gülən Prezident Donald Tramp, vitse-prezident Ceyms  Vans və Müdafiə naziri Pete Heqsetə xəbərdarlıq edən əsgər mükafatlandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, noyabrın 11-də məzarlıqda ucadan danışıb-gülən ölkə rəhbərlərinə "Sayğılı olun! Burada hər kəs sayğı atmosferinə əməl etməlidir" - deyə sərt üslubda bağıran əsgər bir gün sonra - noyabrın 12-də nazir tərəfndən Pentaqona çağırılıb.

Məlumata görə, Pentaqonda əsgər səhv etdiklərini deyən nazir üzr istəyib. Və  ona nizamnamə və xidmətə qüsursuz əməl etdiyi üçün minnətdarlıq edib. Nazir daha sonra əsgər Tomas İqlesias "Birgə Xidmət Tərif Medalı" (Joint Service Commendation) verib.

Xatırladaq kii, 3-cü Piyada Alayının əsgərləri 1948-ci ildən bəri 24 saatı Naməlum Əsgərin Məzarında keşik çəkir. Onların əsas vəzifəsi məzarlğı qorumaqla yanaşı,  ziyarətçilərin sakit və hörmətli davranmalarını təmin etməkdir.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR