Binəqədi, Hövsan, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarıldı - SİYAHI
İQTİSADİYYAT
Bugün, 09:10
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə, eləcə də Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yexlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştli satışını elan edib.
Mia.az Agentliyə istinadla xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
Prezidentin İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 02.11.2020-ci il tarixli 30383 nömrəli müsbət rəyi;
Binəqədi Yaşayış Kompleksi üzrə - 03.04.2023-cü il tarixli 34942, 27.04.2023-cü il tarixli 35053 və 35054, 20.06.2023-cü il tarixli 35357 və 35358 nömrəli müsbət rəyləri;
Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409 və 14.09.2023-cü il tarixli 35911 nömrəli müsbət rəyləri;
Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verib.
Bu elan çərçivəsində mənzillərin satışı Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Binəqədi Yaşayış Kompleksi üzrə yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi üzrə isə həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzillərin qiyməti – 98 415 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti –133 650 manat,
5 otaqlı mənzillərin qiyməti – 211 275 manatdır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.
Yevlax Yaşayış Kompleksi üzrə:
1 otaqlı mənzilin qiyməti – 43 225 manat,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
Şirvan Yaşayış Kompleksi üzrə:
İllik faiz dərəcəsi | Müddət | Aylıq ödəniş* | ||
2 otaqlı | 3 otaqlı | 4 otaqlı | ||
4% | 3-30 il | 236 manat | 297 - 313 manat | 403 - 468 manat |
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
Yevlax Yaşayış Kompleksi üzrə:
İllik faiz dərəcəsi | Müddət | Aylıq ödəniş* | ||
1 otaqlı | 3 otaqlı | 4 otaqlı | ||
4% | 3-30 il | 186 manat | 303 – 400 manat | 446 manat |
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
MİDA-nın internet səhifəsinə (https://mida.gov.az/layiheler) daxil olaraq Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Binəqədi, Şirvan və Yevlax Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti və agent banklar haqqında məlumatla tanış olmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya Bakı şəhərində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzinə, habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
"Güzəştli mənzil" sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış ola bilərlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan yeni qaz yatağı kəşf edib - Avropaya qaz tədarükü artırılacaq
Bugün, 09:16 İQTİSADİYYAT
-
Binəqədi, Hövsan, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarıldı - SİYAHI
Bugün, 09:10 İQTİSADİYYAT
-
MALİYYƏ, YOXSA GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ: hansı günahkardır? - 8 şəhər və rayonda idarə işçiləri maaşsız qalıblar
Bugün, 09:07 İQTİSADİYYAT
-
4 ingilis klubu "Qalatasaray"ın futbolçunu heyətinə qatmaq istəyir - 40 milyon avroya...
Bugün, 09:00 İDMAN
-
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Sammitində - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 08:06 GÜNDƏM
-
Cevad Prekazi "Qalatasaray" və "Partizan" formaları ilə dəfn edilib
Bugün, 00:35 İDMAN
-
"Uzaq Şəhər"in "Sədaqət"i haqda bu yaşda elə xəbər yayıldı ki... - Özündən 10 yaş balaca ilə...
Bugün, 00:16 MƏDƏNİYYƏT
-
Belçikalı qolkiper: "Arda Gülərin qolu o qollardan biri idi..."
Bugün, 00:14 İDMAN
-
Hakan Fidan Abdullah Çatlı ilə bağlı suala cavab vermədi
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında tarixi sənəd... - Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı (TAM MƏTN)
12.11.2026, 23:15 GÜNDƏM
-
Millətlər Liqası: Türkiyə uduzdu (Yenilənib)
12.11.2026, 22:53 İDMAN
-
İlham Əliyev Çexiya Baş naziri ilə müzakirə aparıb - Dublində
12.11.2026, 22:06 GÜNDƏM
-
Prezident Dublində Kiriakos Miçotakislə görüşüb - Müzakirə + FOTO
12.11.2026, 21:57 GÜNDƏM
-
Xəzər TV Xətaidə tikinti dərəbəyliyindən daha bir süjet yaydı: “Abad həyət" ərazisi də bərbad günə salınıb - VİDEO
12.11.2026, 21:50 CƏMİYYƏT
-
Türkiyədə helikopter qəzaya uğrayıb - 4 hərbçi həlak olub
12.11.2026, 21:47 GÜNDƏM
-
ƏLİYEVLƏ PAŞİNYAN BİR ARAYA GƏLDİ: regionda sülh, sabitlik və... - işçi qrupları yaradıldı + VİDEOLAR, FOTOLAR (YENİLƏNİB)
12.11.2026, 21:22 GÜNDƏM
-
Ağ Ev yaxınlığında silahlı insident: ölən var
12.11.2026, 20:04 DÜNYA
-
Tələbə qıza sataşan müəllim universitetdən qovuldu - Türkiyədə
12.11.2026, 19:56 DÜNYA
-
"Sükut içində addımlar" sənədli filminin təqdimat mərasimi keçirilib - Rəsmilər tədbirdə
12.11.2026, 19:39 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - MÜZAKİRƏ + FOTO
12.11.2026, 19:30 GÜNDƏM
-
GENERALIN VƏZİFƏLİ QIZI EV DUSTAQLIĞINA BURAXILDI - VİDEO, FOTOLAR (Yenilənib)
12.11.2026, 18:21 GÜNDƏM
-
Tramp: "İranla yeni razılaşmaya ehtiyacımız yoxdur, o günlər çoxdan keçib"
12.11.2026, 17:50 GÜNDƏM
-
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası... - Sminar keçirilib
12.11.2026, 17:50 GÜNDƏM
-
Naxçıvan Şəhər İcra Hakimiyyətində rüsvayçılıq: işçi qəbula gələn qadının nömrəsini götürdü, daha sonra isə... - Xəbər rəsmən təsdiqləndi
12.11.2026, 17:42 CƏMİYYƏT
-
II Qareginin qardaşı azadlıqdan məhrum edilib
12.11.2026, 17:23 SİYASƏT
-
Səhiyyə Nazirliyi açıqlama yayıb
12.11.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.11.2026, 17:00 İQTİSADİYYAT
-
"Yazıçılar Birliyinə məni kişilər seçmişdi" - "Əsl kişilik bığ-saqqal saxlamaqla ölçülmür"
12.11.2026, 16:57 MƏDƏNİYYƏT
-
Ərdoğan "Gecikməyin!" təlimatı verdi - Adı seks qalmaqalında da hallanan deputatın toxunulmazlığı qaldırılır
12.11.2026, 16:43 SİYASƏT
-
Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12.11.2026, 16:37 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
12.11.2026, 16:30 GÜNDƏM
-
Jurnalist Atatürk haqqında xoşagəlməz paylaşım etdi, mafiya lideri araya girdi - İşindən oldu
12.11.2026, 16:17 PRESS
-
“Azercell” Gəncə və Xankəndidə müəllimlər üçün təlim keçirdi
12.11.2026, 16:05 İQTİSADİYYAT