MALİYYƏ, YOXSA GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ: hansı günahkardır? - 8 şəhər və rayonda idarə işçiləri maaşsız qalıblar

MALİYYƏ, YOXSA GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ: hansı günahkardır? - 8 şəhər və rayonda idarə işçiləri maaşsız qalıblar

İQTİSADİYYAT

Bugün, 09:07

Gənclər və İdman Nazirliyinin Naxçıvan üzrə bütün idarə işçilərinin maaşları iki aydır ödənilməyib.

Bu barədə Mia.az-a verilən məlumata əsasən, Naxçıvan şəhər, Babək, Kəngərli, Sədərək, Şərur, Culfa, Ordubad və Şahbuz rayon Gənclər və idman idarələrinin əməkdaşları ən son sentyabr ayında maaş alıblar:

"Burada əməkdaşlara maaşların gecikməsinin səbəbini nazirliklə, daha dəqiqi, Gənclər və İdman Nazirliyinin mühasibi Tofiq müəllimin məsuliyyətsizliyi ilə əlaqələndirirlər. İddia edirlər ki, o, müvafiq sənədləri zamanında hazırlayıb, Maliyyə Nazirliyinə təqdim etməyib. Və buna görə gecikmə var".

İşçilər deyir ki, yaranmış vəziyyət iş əmsalına da təsirsiz ötüşmür: "İşçilər pulsuz qalıblar.  Təsəvvür edirsinizmi dövlət qulluqçuları 2 aydır maaş almır və nə vaxt alacaqları da bəlli deyil".

Məlumatda o da deyilir ki, hələ avqust ayından etibarən Naxçıvandakı idarələrdə maaşların ləngiyəcəyi haqda söhbət dolaşıb: "Bu, bilindiyi halda zamanında heç bir tədbir görməyiblər. Bu səbəbdən bu qədər idarələrin işçiləri pulsuz qalıblar...".

Məsələ ilə bağl nazirliyin də mövqeyini dinləməyə hazırıq.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR