4 ingilis klubu "Qalatasaray"ın futbolçunu heyətinə qatmaq istəyir - 40 milyon avroya...

4 ingilis klubu \"Qalatasaray\"ın futbolçunu heyətinə qatmaq istəyir - 40 milyon avroya...

İDMAN

Bugün, 09:00

"Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Qabriel Saranın qış transfer dövründə komandadan ayrılması ehtimalı yüksəlir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq İngiltərənin "Aston Villa", "Nyukasl Yunayted", "Everton" və "Brighton" kimi komandaları onu transfer siyahılarına daxil ediblər.

Məlumata görə, 27 yaşlı futbolçunun transfer qiyməti minimum 40 milyon avro dəyərləndirilir.

Xatırladaq ki, Qabriel Sara bu mövsüm "Qalatasaray" formasıyla  15 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR