1600 illik qəbiristanlıqda dünyanı heyrətləndirən məzar - Təkgözlü uşaq skeleti tapıldı

1600 illik qəbiristanlıqda dünyanı heyrətləndirən məzar - Təkgözlü uşaq skeleti tapıldı

MƏDƏNİYYƏT

Bugün, 16:50

Cənubi Amerika ölkəsi Peruda dünyanı heyrətləndirən kəşfə imza atılıb.

Mia.az xarici mətbuata istianda xəbər verir ki, arxeoloji qazıntı zamanı təxminən 1600 il əvvəl yaşamış qədim Naska xalqına məxsus qəbiristanlıqda kəlləsində tək göz yuvası olan bir körpənin skileti aşkarlanıb.

Kaliforniya Universitetindən antropoloq Lars Feren-Şmits bildirib ki, bu, Perunun Palpa Vadisindəki qədim Naska xalqına məxsus qəbiristanlıqda aparılan arxioloji tədqiqat zamanı üzə çıxıb: "DNT analizi təxminən 1600 il əvvəl yaşamış körpənin 13-cü xromosomun əlavə surətini daşıdığını müəyyən edib. Skeletin müayinələri körpənin üzünün ortasında tək bir göz yuvasının olduğunu təsdiqləyib. Genetik analizlər nəticəsində məlum olub ki, bu anadangəlmə qüsurdür..."

Fehren-Schmitz körpənin nə qədər yaşadığına dair dəqiq məlumata malik olmadıqlarını da sözlərinə əlavə edib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR