Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi - TƏBİB-dən daha bir diqqətçəkən dəyişiklik

Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi - TƏBİB-dən daha bir diqqətçəkən dəyişiklik

CƏMİYYƏT

Bugün, 21:46

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, mərkəzin direktoru Mehriban Qaralova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə yola salınıb. Onun yerinə Səbinə Məmmədova gətirilib.

Qeyd edək ki, Mehriban Qaralova 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilərək sözügedən vəzifəyə gətirilmişdi. O, sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR