Sergen Yalçın onları yığmaya çaırdı - Kərəm və İrfana qapı göstərildi + SİYAHI

Sergen Yalçın onları yığmaya çaırdı - Kərəm və İrfana qapı göstərildi + SİYAHI

İDMAN

Bugün, 15:53

Türkiyə Milli Futbol Komandasının Belçika və Fransa yığmaları ilə heyəti açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Sergen Yalçının sürprizlərə imza atıb.

o, qapıçı Altay Bayındırla yanaşı, "Fənərbağça"Lı  Kerem Aktürkoğlu və İrfan Can Kahveci heyətə çağırmayıb.

Bundan başqa, Vinçenzo Montellanın dövründə heyətdən uzaqlaçdırılan Berke Özer isə milli komandaya geri çağırılıb. 

Beləliklə, Sergen Yalçın 26 nəfərlik heyətə aşağıdakı futbolçuları dəvət edib:

Qapıçılar: Berke Özer, Ersin Destanoğlu, Serhat Öztaşdelen, Uğurcan Çakır.

Müdafiəçilər: Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Emirhan Topçu, Eren Elmalı, Merih Demiral, Ferdi Kadıoğlu, Mustafa Eskihellaç, Ozan Kabak, Zeki Çelik.

Yarımmüdafiəçilər: Can Uzun, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Aral Şimşir, İsmail Yüksek, Salih Özcan.

Hücumçular: Barış Alper Yılmaz, Enes Ünal, Deniz Gül, İlhan Fakılı, Oğuz Aydın, Yunus Akgün.

Onu da bildirək ki, Türkiyə yığması Millətlər Liqasının A qrupunda noyabrın 12-də Belçika ilə İzmirdə, noyabrın 15-də isə səfərdə Fransa ilə qarşılaşacaq. 

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR