"Birincisi, müraciətim “ailə-marketin” baş meneceri olan deputatın xoşuna gəlməyib" - Sabiq nazir əvəzi şok müraciət yaydı + FOTO

\"Birincisi, müraciətim “ailə-marketin” baş meneceri olan deputatın xoşuna gəlməyib\" - Sabiq nazir əvəzi şok müraciət yaydı + FOTO

SİYASƏT

Bugün, 09:25

"Sizlərin çoxsaylı zənglərinizi nəzərə alıb Odlar Yurdu Universitüti tərk etməyimin səbəblərini ilkin variantda nəzərinizə çatdırıram və dəstətinizə görə minnətdarlığımı bildirirəm"

 Mia.az xəbər verir ki, bu sözləri sabiq Kənd Təsərrüfatı naziri əvəzi, keçmiş deputat və hazırda pedaqoji fəaliyyətlə məşğul olan Cümşüd Nuriyev Facebook hesabında yazıb.

O, daha sonra universitetdəki haqsızlıqları sadalayıb:

"Birincisi, müraciətim “ailə-marketin” baş meneceri olan deputatın xoşuna gəlməyib. Çoxdan gözləyirmiş, çünki kafedra müdiri kimi mənlə danışmadan bir gün sonra dərsləri bölüşdürməyə göstəeiş verib, Kafedranın ştatında olan yeganə elmlər doktoru idim. “İki doktor bir kafedrada olmaz” prinsipi işə düşmüşdür.

İkincisi, etirazımın səbəbi elmi dərəci olanların deyil olmayanların maaşının artırılmasına verilən qəraridi. Alimlərin təhsil ocağından belə şeytani yolla üzaqlaşdırılmasına kimsə etiraz etməli idi. Çünku bu qərar ölkənin təhsil siyasətinə və işləyənlərin sosial vəziyyətinin yaxşılaşdırılması barədə Möhtərəm Prezidentin siyasətinə qarşı atılan bir addım dır.

Üçüncüsü barədə sonra yazacam. Xahiş edirəm, özünüzü qoruyun. Ədalət gələcək, çünki ALLAH yaşayır.

Hörmətlə ömrünün 28 ilini təhsilə həsr etmiş, sabiq millət vəkili, müharibə veteranı".

MİA.AZ iddialara qarşı tərəfin mövqeyini də əlavə etməyə hazırdır.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR