Deputatın daha 4 yaxını həbs edildi - Qardaşı və 6 nəfər isə ev dustaqlığına buraxıldı

Deputatın daha 4 yaxını həbs edildi - Qardaşı və 6 nəfər isə  ev dustaqlığına buraxıldı

SİYASƏT

Bugün, 00:03

Türkiyədə haqqında yayılan "çirkli pulların yuyulması", təcavüz və sair sensasiyalı iddialardan sonra Yeni Partiyadan istefa verən deputat Mustafa Sarıgülün iki oğlu və keçmiş arvadından sonra digər qohumları və yaxın ətrafı da həbs edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər veirr ki, Mustafa Sarıgülün ailəsi ilə bağlı davam edən istintaq çərçivəsində dünən  saxlanılan 11 nəfərdən daha 4-ü qandallanıb.

Məlumata görə,  Mustafa Sarıgülün qardaşı Metin Mövlud Sarıgülün də aralarında olduğu 7 nəfər isə ev dustaqlığına buraxılıb: "İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılan 11 şübhəlidən  Aynur Aydın, Davut Kaymak, Ahmet Meriç və Altuğ Altunbaş Sürer həbs olunub. Metin Mövlud Sarıgül, Mehmet Meriç, Ömer Hürriyət Büken, Ömer Yazıcı, Süreyya Kurtalan, Zeynep Sarısoy və Berrak Çetinkaya məhkəmə nəzarətinə, yəni, ev dustaqlığına braxılıblar"

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR