"Şəki Yaylası”ndakı dəhşətli faciə... - Baş Prokurorluq yeni məlumat yaydı
KRİMİNAL
Bugün, 18:31
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, istintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub, aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular verilib, habelə digər zəruri prosessual hərəkətlər həyata keçirilib:
“Aparılmış istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə vicdansız və laqeyd münasibət göstərərək üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq tədbirlərilə əldə olunan sübutlar əsasında, həmçinin, müəyyən olunub ki, “Zipline” kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən Məcəllənin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq)maddələrinə tövsif edilib.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə həmin Məcəllənin 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittihamlar elan edilib.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kifli çörək, AQTA və №1-in təlaşı...
Bugün, 19:41 CƏMİYYƏT
-
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Bugün, 19:40 GÜNDƏM
-
Noyabrda bu üç bürc üçün gəlir
Bugün, 19:13 CƏMİYYƏT
-
Quba Soyqırımı Memorial Kompleksi maarifləndirici tədbirlər keçirib
Bugün, 19:04 CƏMİYYƏT
-
Veteran prokurorlar təltif olunub
Bugün, 18:55 GÜNDƏM
-
"Şəki Yaylası”ndakı dəhşətli faciə... - Baş Prokurorluq yeni məlumat yaydı
Bugün, 18:31 KRİMİNAL
-
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirmək istəyiblər
Bugün, 18:04 KRİMİNAL
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Bugün, 17:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə müzakirə aparıb
Bugün, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Rəşid Vəzirov nazir müşaviri təyin olundu
Bugün, 16:33 GÜNDƏM
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
Bugün, 16:13 DÜNYA
-
Hesablama Palatasında Kollegiya iclası: nələr müzakirə olunub?
Bugün, 16:00 İQTİSADİYYAT
-
Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri açılıb
Bugün, 15:49 CƏMİYYƏT
-
Deputatın oğlu istintaqa partiya sədrini satdı - Özgür Özəl daha bir iş üzrə cinayət işi açılır
Bugün, 15:37 SİYASƏT
-
"Ceyranbatan gölündən meyit tapıldı” başlıqlı xəbərlə bağlı açıqlama yayıldı
Bugün, 15:34 CƏMİYYƏT
-
Bakıda avtomobil gözəllik salonuna girdi - FOTO
Bugün, 15:27 KRİMİNAL
-
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Bugün, 15:16 SİYASƏT
-
Bakıda çörək sexi bağlandı
Bugün, 15:05 İQTİSADİYYAT
-
PROKURORLUQ NAZİRLİK ƏMƏKDAŞLARINI QANDALLADI - Direktor nədə ittiham olunur?
Bugün, 14:58 GÜNDƏM
-
SOCAR-ın 5 il müddətinə dövriyyəyə buraxdığı 100 milyon dollarlıq istiqrazlar...
Bugün, 14:49 İQTİSADİYYAT
-
Okan Burukdan "Qalatasaray"dakı istefalara reaksiya: "Çox yaxşı çıxış etdiyimiz bir dövrdə..." - "Artıq o qara buludları dağıtdıq"
Bugün, 14:35 İDMAN
-
İstanbulda ruzigar tərs əsməyə başlayıb - Seçki olsa, hansı partiya önə çıxır?
Bugün, 14:25 SİYASƏT
-
Banqladeşdə bir milyondan çox işçi etiraza qalxdı - Kəskin maaş artımı tələbi var, 529 fabrik işi dayandırdı
Bugün, 14:12 DÜNYA
-
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi bəyanat yaydı
Bugün, 14:06 PRESS
-
İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir?
Bugün, 13:18 GÜNDƏM
-
Aktyorla aparıcının sözü efirdə "çəpləşdi"
Bugün, 13:05 MƏDƏNİYYƏT
-
"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu
Bugün, 12:56 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:37 GÜNDƏM
-
Ərdoğan Azərbaycan hava məkanında İlham Əliyev və xalqı təbrik edib: "Zati-aliləri, hörmətli qardaşım..."
Bugün, 12:33 GÜNDƏM
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Bugün, 12:21 CƏMİYYƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli “Məhsul bayramı” keçirilib - FOTOLAR
Bugün, 12:12 İQTİSADİYYAT
-
Rövnəq Abdullayevin kərəkəninin əsas pay sahibi olduğu bank... - Yeni təyinat oldu
Bugün, 12:03 İQTİSADİYYAT
-
ABŞ Dövlət katibi: "Pakistan strateji müttəfiqimizdir, ora hücum qəbuledilməzdir"
Bugün, 12:00 DÜNYA