"Ceyranbatan gölündən meyit tapıldı” başlıqlı xəbərlə bağlı açıqlama yayıldı

\"Ceyranbatan gölündən meyit tapıldı” başlıqlı xəbərlə bağlı açıqlama yayıldı

CƏMİYYƏT

Bugün, 15:34

Bu gün bəzi media orqanlarında yayılan “Ceyranbatan gölündən meyit tapıldı” məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olunub.

Mia.az xəbər verir ki, bu barədə  İri Şəhərlərin Su Təchizatı Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib: “Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib. İri Şəhərlərin Su Təchizatı ilə bağlı hər hansı informasiyanı yaymadan öncə qurumun mətbuat xidməti ilə dəqiqləşdirmənizi xahiş edirik”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR