Mia.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib: “Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib. İri Şəhərlərin Su Təchizatı ilə bağlı hər hansı informasiyanı yaymadan öncə qurumun mətbuat xidməti ilə dəqiqləşdirmənizi xahiş edirik”.