İstanbulda ruzigar tərs əsməyə başlayıb - Seçki olsa, hansı partiya önə çıxır?

İstanbulda ruzigar tərs əsməyə başlayıb - Seçki olsa, hansı partiya önə çıxır?

SİYASƏT

Bugün, 14:25

Türkiyə prezidenti və AKP lideri  Ərdoğanın tez-tez "mənim sevgim" dediyi İstanbulda seçici gücünü artırır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son bələdiyyə seçkilərində İstanbulu müxalifətə uduzan Ərdoğan şəhərə daxil olan və müxaliflərin sədrlik elədiyi bələdiyyələrə qarşı açılan cinayət işləri kontekstində yenidən ölkənin qəlbi sayılan şəhərə nüfuz etməyi bacarıb.

Məlumata görə, AK Partiya İstanbul Şəhər Təşkilatı şəhərdəki seçicilərin mövqeyini ötyrənmək üçün sorğu keçirib.

Partiyanın açıqladığı sorğuya əsasən, AK Partiya səs payını 43,2%-ə çatdıraraq yenidən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) yarışında liderliyi ələ keçirib.

Bildirildiyinə görə, "Bu gün İstanbul Bələdiyyəsinə seçki olsa, hansı partiyaya səs verərdiniz", sualına cavab belə olub:

- AK Partiya 43,2%,

- Yeni Partiya 28,3%,

- CHP 8,4%,

- DEM Partiyası 5,3%,

- MHP 4,1%

- Zəfər Partiyası 3,4%.

Xatrladaq ki, 31 mart 2024-cü il tarixində İstanbulda bələdiyyə sədri seçkilərində Əkrəm İmamoğlu səslərin 51,14%-ni, AK Partiya namizədi Murat Kurum isə 39,59%-ni toplayıb. 

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR