İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir? 

İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir? 

GÜNDƏM

Bugün, 13:18

Rayonlarda rəhbər vəzifələrdə kadr dəyişiklikləri zaman-zaman yeni gözləntilər yaratsa da, sakinləri narahat edən problemlərin çoxu həll olunmamış qalır.

İcra başçıları dəyişsə də, əhalinin sosial və infrastruktur problemlərinin həlli müşahidə olunmur.

Bəs görəsən, yeni təyinatlar niyə hər zaman real dəyişikliklə nəticələnmir?

MİA.az xəbər verir ki, son aylarda bir sıra rayonların icra hakimiyyəti başçıları vəzifələrindən azad ediliblər.

Sentyabrın 15-də Ayaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.

Avqustun 4-də isə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun icra başçısı Rəcəb Rəhimli və Sədərək rayonunun icra başçısı Naim Cahidzadə vəzifələrindən azad ediliblər.

Bundan əvvəl, yanvarın 30-da Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini itirib.

Bütün bu dəyişikliklər fonunda əsas sual yenə aktuallığını qoruyur: rəhbər dəyişirsə, bəs rayonun problemləri niyə dəyişmir? Söhbət təkcə yolların təmiri, küçələrin işıqlandırılması və abadlıq işlərindən getmir. İçməli su, kanalizasiya, məişət tullantılarının daşınması, kənd yolları, məşğulluq və sosial məsələlər də sakinlərin gündəlik həyatına birbaşa təsir göstərir.

Əsas səbəblərdən biri problemlərin sistemli həll mexanizminin yetərincə işləməməsixir. Çünki bir çox məsələlərin həlli yalnız icra başçısının qərarından asılı deyil. Bəzi layihələr üçün maliyyə vəsaiti, digər məsələlərdə isə mərkəzi dövlət qurumlarının, bələdiyyələrin və kommunal xidmətlərin iştirakı tələb olunur. Qurumlar arasında koordinasiya zəif olduqda məsuliyyətin kimə aid olduğu da aydın görünmür. 

Burada yerli öžünüidarəetmə qurumlarının fəaliyyətinə ayrıca toxunmaqda fayda var. Təəssüf ki, Azərbaycanda bələdiyyələr əhalinin gözləntilərini doğrultmayan qurum kimi mövcudluğunu davam etdirir. Ola bilsin, bələdiyyələrin məhdud səlahiyyətlərə malik olması bu məsələdə təsirsiz ötüşmür. İstənilən halda, sosial-infrastruktur mahiyyətli problemlərin həllində bələdiyyələrin passiv iştirakı icra hakimiyyətlərilə bu ağlı narazılıqların artmasına xidmət edir. 

Digər tərəfdən, icra hakimiyyətlərinin fəaliyyətinə formal hesabatlarla deyil, konkret nəticələrlə qiymət verilməlidir. Görülən işlərin sayı deyil, həllini tapan problemlərin miqyası əsas göstərici olmalıdır.

Yeni təyin olunan rəhbərlər üçün də əsas sınaq vəzifəyə gəlmək deyil, sakinlərin illərdir cavab gözlədiyi suallara real həll yolu tapmaqdır. Əks halda, dəyişən yalnız kabinetdəki rəhbər olacaq, problemlər isə əvvəlki kimi qalacaq.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR