Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli “Məhsul bayramı” keçirilib - FOTOLAR
İQTİSADİYYAT
Bugün, 12:12
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – “Məhsul bayramı” baş tutub.
Mia.az xəbər verir ki, tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir. Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, müəllim və işçi heyəti, tələbələr, tərəfdaş şirkətlərin nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər. Tədbirin rəsmi açılışında çıxış edən ADA Universitetinin birinci prorektoru Qalib Məmməd ötən il həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verərək “Qonşuluq” təşəbbüsünə xüsusi diqqət çəkib. O, ötən il toplanmış vəsait hesabına Qala kəndində həyata keçirilən bu layihənin uşaqlara erkən yaşlardan mehriban qonşuluq dəyərlərini aşıladığını bildirib. Layihənin şagirdlərə yaşadıqları mühiti və təbiəti qorumağın vacibliyini öyrətdiyini, onlarda ekoloji və sosial məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini vurğulayıb. Daha sonra çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu şirkətlər qrupunun uzun illərdir Azərbaycan universitetləri ilə əməkdaşlıq strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini qeyd edib. O, bu tərəfdaşlıqların həm universitetlər, həm də şirkətlər qrupu üçün qarşılıqlı fayda yaratdığını bildirib. ADA Universiteti ilə səmərəli əməkdaşlığın bugünkü tədbirdə də öz əksini tapdığını vurğulayan Aydın Veysəloğlu xeyriyyə məqsədi daşıyan bu təşəbbüsün nəcib məramına diqqət çəkərək hər kəsi fəal iştirak etməyə çağırıb. Rəsmi hissədən sonra tədbir zəngin bədii proqramla davam edib. ADA Məktəbi, Q. Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, F. Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbi, həmçinin 24 və 33 nömrəli 11 illik Musiqi Məktəblərinin şagirdləri tərəfindən hazırlanan musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhval-ruhiyyəsi qatıb. Həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllimi, beynəlxalq müsabiqələr qalibi və gənclər mükafatçısı, tarzən İbrahim Babayev öz rəngarəng çıxışları ilə qonaqlara xoş anlar bəxş edib. Tədbir çərçivəsində ADA Məktəbi şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgisi və satışı təşkil olunub. Sərgi-satışdan toplanan vəsait təhsil yönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüs festivalın mənəvi dəyərini daha da artıraraq xeyirxahlıq ruhunu nümayiş etdirir. ADA Məhsul Bayramı çərçivəsində, Heykəltəraşlıq Simpoziumunun yekunu olaraq, ADA məktəbində üç yeni heykəltəraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltəraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir. Qeyd edək ki, keçən ilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə – “Tikiş Bacarıqlarından Peşəyə”, “Sənətkarlıq Dərsləri”, “Bir ADA-nın sirri”, eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən “Dostluq Körpüsü” layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır. Festivalın əsas və daimi tərəfdaşı olan Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan bizneslər — “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” və “OBA” marketlər şəbəkələri, “Xonça”, “Veysəloğlu-Rossmann”, “Decoliv”, “O to Go” və “Entree” — tədbirə yaxından dəstək göstəriblər. Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, həmçinin qeyri-qida malları satışa çıxarılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi bəyanat yaydı
Bugün, 14:06 PRESS
-
İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir?
Bugün, 13:18 GÜNDƏM
-
Aktyorla aparıcının sözü efirdə "çəpləşdi"
Bugün, 13:05 MƏDƏNİYYƏT
-
"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu
Bugün, 12:56 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:37 GÜNDƏM
-
Ərdoğan İlham Əliyev və Azərbaycan xalqını təbrik edib: "Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram"
Bugün, 12:33 GÜNDƏM
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Bugün, 12:21 CƏMİYYƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli “Məhsul bayramı” keçirilib - FOTOLAR
Bugün, 12:12 İQTİSADİYYAT
-
Rövnəq Abdullayevin kərəkəninin əsas pay sahibi olduğu bank... - Yeni təyinat oldu
Bugün, 12:03 İQTİSADİYYAT
-
ABŞ Dövlət katibi: "Pakistan strateji müttəfiqimizdir, ora hücum qəbuledilməzdir"
Bugün, 12:00 DÜNYA
-
"Tam Store" marketlərində alıcılar aldadılıb - Dövlət Agentliyi cərimələdi
Bugün, 11:51 İQTİSADİYYAT
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 11:48 KRİMİNAL
-
"Hörmətli Sahibə xanım bizim sədrimizdir, irad bildirməkdə haqlı idi, cəmiyyət səhv edir. bu işə niyə qarışır axı?" - Aqil Abbas MM-dəki sözünü geri götürdü
Bugün, 11:42 SİYASƏT
-
Arda Gülər "Fənərbaxça"ya yenə pul qazandırdı
Bugün, 11:33 İDMAN
-
İŞSİZLƏRİN KREDİT BORCU BAĞLANACAQ? - Deputat yeni qaydalara şərh verdi
Bugün, 11:28 İQTİSADİYYAT
-
"Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və..." - RƏSMİ XƏBƏRDARLIQ
Bugün, 11:19 GÜNDƏM
-
Türkiyədə saxta dərman mafiyası: xərçəng xəstələri necə aldadılırmış?
Bugün, 11:04 KRİMİNAL
-
Çində "Real Madrid" oyunu bloklanıb
Bugün, 10:44 İDMAN
-
Ərdoğanın oğlu Yaponiyada məsciddə azan oxudu, müəzzin kimi çıxış etdi - FOTO
Bugün, 10:32 SİYASƏT
-
DÜNYA SƏKSƏKƏDƏ: İRANA NÜVƏ BOMBASI ATILACAQ? - Amerikalı jurnalist tarix verdi, bölgəni lərzəyə saldı
Bugün, 10:20 GÜNDƏM
-
İranla sərhəddə gərginlik: silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirildi - DSX açıqlama yaydı
Bugün, 10:14 GÜNDƏM
-
Gələn həftə 4 gün qeyri-rəsmi iş günləri olacaq
Bugün, 10:11 GÜNDƏM
-
Türkiyədə həbs olunan baş redaktor ev dustaqlığına buraxıldı
Bugün, 09:57 PRESS
-
SOCAR-da yeni təyinatlar olub
Bugün, 09:53 CƏMİYYƏT
-
Yazıçı Anar: "Nəinki jurnalisti, heç müəllimi, ədəbiyyatçını, fəhləni də döymək lazım deyil"
Bugün, 09:42 CƏMİYYƏT
-
ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşdü - 9 nəfər öldü
Bugün, 09:21 DÜNYA
-
Nuri Şahin: "Ümid edirəm ki, bu, davam edəcək"
Bugün, 09:09 İDMAN
-
Yəməndə toqquşma... - 300 min nəfər evlərindən didərgin düşüb
Bugün, 09:00 DÜNYA
-
RƏSMİ MOSKVADAN ÜÇTƏRƏFLİ GÖRÜŞÜN YERİ BARƏDƏ KİYEVƏ İSMARIC: "Zelenski zəng edərsə, Putin telefona dırhal cavab verəcək"
Bugün, 00:26 GÜNDƏM
-
Zelenski: "Dörd bölgədəki enerji infrastrukturumuz hücuma məruz qalıb"
Bugün, 00:18 GÜNDƏM
-
Ərdoğan Cənubi Koreyaya gedib - 3 günlük
Bugün, 00:12 GÜNDƏM
-
"Amedspor" qarşısıalınmaz komandaya çevrildi - Komanda rəqibini darmadağın etdi
Bugün, 00:07 İDMAN
-
Çempionlar Liqası: "Qalatasaray" - "Ştutqart" matçının hakimi bəlli oldu
Bugün, 00:05 İDMAN
-
"Beşiktaş" yenə xal itirib
Bugün, 00:03 İDMAN