Rövnəq Abdullayevin kərəkəninin əsas pay sahibi olduğu bank... - Yeni təyinat oldu

Rövnəq Abdullayevin kərəkəninin əsas pay sahibi olduğu bank... - Yeni təyinat oldu

İQTİSADİYYAT

Bugün, 12:03

Rəşad Abasov “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədr müavini təyin edilib.

Mia.az APA-ya istinadla xəbər verir ki, Bankın səhmdarlarının qərarı ilə təyinat noyabr ayından qüvvəyə minib.

Qeyd edək ki, Rəşad Abasov 2004-cü ildən “Rabitəbank”da çalışır. O, 2012-ci ildə bankın Daxili audit departamentinin direktoru, 2018-ci ildə isə Audit Komitəsinin sədri təyin edilib. R. Abasov 2024-cü ilin mayından bankın Müşahidə Şurasının üzvüdür.

Ümumilikdə isə bankın MŞ-nin tərkibi sədr Zakir Nuriyevlə birlikdə 5 nəfərdən ibarətdir. Müşahidə Şurasının digər üzvləri Rauf Əliyev, Rəhman Əliyev və Zaur Baxşəliyevdir.

Xatırladaq ki, R.Əliyev SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qızının əridir.

Mia.az onu da bildirir ki, bu ilin may ayında "Rabitəbank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

Dəyişiklyə əsasən, "Rabitəbank"ın səhmlərinin 13,51 %-nə nəzarət edən Zakir Nuriyev (Bankın Müşahidə Şurasının sədri) payını 11,48 %-ə endirib. Əvəzində digər səhmdar Aslan Xasiyev payını 4 %-dən 6,03 %-ə çatdırıb.

Səhmlərin 38,6 %-i əvvəlki qaydada Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 9,11 %-i Dilarə Nuriyevaya, 0,14 %-i isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur.

R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR