Keçmiş arvadı və iki oğlu tutulan, özü haqqında isə şok iddialar yayılan deputat partiyadan uzaqlaşdırıldı

Keçmiş arvadı və iki oğlu tutulan, özü haqqında isə şok iddialar yayılan deputat partiyadan uzaqlaşdırıldı

SİYASƏT

Bugün, 15:45

CHP-nin keçmiş "ağır topları"ndan olan və iki ay əvvəl isə Özgür Özəlin lideri olduğu partiyaya keçən deputat Mustafa Sarıgülün iki oğlu və keçmiş arvadının xarici böyük məbləğdə qanunsuz pul köçürmələrində ittiham olunaraq həbs olunması, özün barəsində də cinayət işinin açılması, üstəlik, cangüdəni ilə aralarında rüsvayçı iddiaların dövriyyəyə girməsi Türkyədə böyük maraqla izlənilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş verənərdən sonra eni Partiya rəhbərliyi deputat Mustafa Sarıgüllə bu gündən yollarını ayırıb.

Bu barədə açıqlama verən Yeni Partiyanın sözçüsü Zeynel Emre bildirib ki, əslində,  bir neçə gün əvvəl Sarıgülün özü partiya ilə əlaqə saxlayıb: "O, ətrafında baş verən proseslər aydınlana qədər partiya ilə əlaqlərinin dayandırılmasını məqbul saydı. Deyə bilərəm ki, onunla artıq partiya arasında heç bir əlaqə qalmayıb".

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR