Kredit borcu zaminin əmlakına avtomatik qadağa yaradır? - Məhkəmə vahid qərar verdi
CƏMİYYƏT
Bugün, 12:06
Kredit borcunun mövcudluğu zaminin əmlakına avtomatik qadağa qoyulmasına əsas vermir.
Mia.az xəbər verir ki, bu barədə Şirvan Kommersiya Məhkəməsində baxılan iş üzrə qərar qəbul olunub.
Bildirilib ki, məhkəmədə kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb.
İş materiallarına əsasən, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə digər fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb.
Bankın təqdim etdiyi arayışa əsasən, borcalanın kredit öhdəliyi üzrə ümumilikdə 29 764,93 manat borcu qalıb.
Bank gələcəkdə borcun tutulmasına dair iddia qaldıracağını bildirərək zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəməyə müraciət edib.
Bank hesab edib ki, avtomobillərin üçüncü şəxslərə özgəninkiləşdirilməsi gələcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər.
Şirvan Kommersiya Məhkəməsi isə müəyyən edib ki, bank zaminin avtomobilləri satmağa hazırlaşması, üçüncü şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək digər hərəkətlərə yol verməsi barədə konkret sübutlar təqdim etməyib.
Məhkəmə vurğulayıb ki, kredit borcunun mövcudluğu və ya öhdəliyin pozulması özlüyündə zaminin əmlakına müvəqqəti qadağa qoyulması üçün kifayət etmir. Belə tədbirin tətbiqi üçün gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək real və konkret təhlükə əsaslandırılmalıdır.
Həmçinin qeyd edilib ki, bank peşəkar kredit təşkilatı olaraq kredit verilərkən borcalanın ödəmə qabiliyyətini, kredit risklərini və öhdəliyin təminat mexanizmlərini əvvəlcədən qiymətləndirmək imkanına malikdir.
Müvəqqəti təminat tədbiri kredit müqaviləsinin təminat mexanizmini sonradan dəyişdirmək və ya genişləndirmək vasitəsi deyil. Yəni, bank peşəkar kredit təşkilatı olaraq kredit riskini qiymətləndirmək və təminat mexanizmini seçmək imkanına malik olmuşdur, müvəqqəti təminat institutu isə sonradan kreditin təminatlandırılması vasitəsi deyildir.
Belə yanaşma nəticə etibarilə bankın kredit verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlcədən formalaşdırmalı olduğu təminat mexanizmini sonradan məhkəmə vasitəsilə təmin etməyə çalışması ilə nəticələnir.
Başqa sözlə, bank tərəfindən kredit verilərkən lazımi qaydada təminatlandırılmalı olan öhdəliklər sonradan məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi yolu ilə "təminatlı" vəziyyətə gətirilir. Bu isə yolverilməzdir. Zaminin mülkiyyətində əmlakın mövcudluğu həmin əmlaka avtomatik sərəncam qadağası qoyulmasına əsas yaratmır.
Məhkəmə həmçinin qeyd edib ki, bu mərhələdə borcun tutulması və zaminin məsuliyyəti məsələlərinə deyil, yalnız müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsasların mövcudluğuna qiymət verilir.
Beləliklə, Şirvan Kommersiya Məhkəməsi bankın müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini rədd edib.
Şirvan Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılacaq
Bugün, 14:07 İQTİSADİYYAT
-
VƏZİFƏLİ ŞƏXSLƏRƏ HANSI QADAĞALAR QOYULACAQ - Yeni qanun layihəsi Milli Məclisdə (YENİLƏNB)
Bugün, 13:31 GÜNDƏM
-
Bakıda məktəbli 4-cü mərtəbədən yıxılaraq ölüb
Bugün, 13:27 KRİMİNAL
-
"Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər"
Bugün, 13:17 SİYASƏT
-
"Onu özünə "ağsaqqal" seçən bəzi məmur və icra başçılarının cəzası haçan veriləcək?" - Keçmiş başçı maraqlı fakt açıqladı
Bugün, 13:06 SİYASƏT
-
NETANYAHU SEÇKİ BİTMƏMİŞ "QILINCINI ÇƏKDİ": "Sionist və yəhudilər ağlını başına yığmalı və..." - "Tehran rejiminin dirçəlməsinə imkan verə bilmərik..."
Bugün, 12:59 GÜNDƏM
-
Nazirlikdə təyinat - Fərman Qurbanlı Aparat rəhbəri oldu
Bugün, 12:46 CƏMİYYƏT
-
ABŞ prezidenti: "Çox tezliklə görüş keçiriləcək"
Bugün, 12:24 GÜNDƏM
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:10 CƏMİYYƏT
-
Kredit borcu zaminin əmlakına avtomatik qadağa yaradır? - Məhkəmə vahid qərar verdi
Bugün, 12:06 CƏMİYYƏT
-
Nazir müavini: "Axmaqlar doğru seçim etmədi..."
Bugün, 11:52 DÜNYA
-
SƏNƏDSİZ OBYEKT VƏ TORPAQ SAHƏLƏRİ: "Azəriqaz", "Azərişıq", "Azərenerji", SOCAR, FHN-dənalınacaq rəylər... - Ekspert nə deyir?
Bugün, 11:36 CƏMİYYƏT
-
Tramp İsraildə səslər sayılarkən belə bəyanat verdi: "Netanyahunu məğlubiyyətdən xilas etdim"
Bugün, 11:36 GÜNDƏM
-
Prezident İlham Əliyev Çexiya liderinə məktubu ünvanlayıb - MƏTN
Bugün, 11:16 GÜNDƏM
-
"Salako"dakı "Şaban"ın "Əminəsi"... - İllər sonra görənlər tanıya bilmədi + FOTOLAR
Bugün, 11:04 MƏDƏNİYYƏT
-
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - İşçini sığortasız işlədiblər
Bugün, 11:04 İQTİSADİYYAT
-
Daxili işlər naziri Gəncədə növbəti vətəndaş qəbulu keçirəcək
Bugün, 10:47 CƏMİYYƏT
-
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxudu - MƏTN
Bugün, 10:25 GÜNDƏM
-
Aparıcı efirdə drona təpik atdi - Model xəstəxanalıq oldu (FOTO)
Bugün, 10:22 PRESS
-
Şagirdlərin elektron yerdəyişməsinə start verilir
Bugün, 10:09 CƏMİYYƏT
-
Nigeriyada namaz zamanı qətliam: 62 nəfər öldürüldü, xeyli yaralı var
Bugün, 10:09 DÜNYA
-
"İRANLA MÜHARİBƏ TEZLİKLƏ BİTƏCƏK" - Donald Tramp neftin qiymətinin sürətlə enəcəyini də deyir
Bugün, 10:00 GÜNDƏM
-
İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur
Bugün, 09:51 YAZARLAR
-
Tramp bu ölkəni işğal etmək istəyir: "Tezliklə 51-ci ştatımız olacaq"
Bugün, 09:50 DÜNYA
-
Ramiz Mehdiyevin topdağıtmaz sərvəti - Əmlaklarının siyahısı yayıldı
Bugün, 09:32 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti 5 dollar ucuzlaşdı
Bugün, 09:22 İQTİSADİYYAT
-
"Biz vəzifəyə deyil, çempionluğa iddialıyıq" - "Montella bu işi bacarmaz"
Bugün, 09:00 İDMAN
-
İSRAİLDƏ TARİXİ SEÇKİ - Hansı qüvvə neçə mandat qazanır? - İlkin nəticələr (YENİLƏNİB)
Bugün, 08:57 GÜNDƏM
-
İsmayıl Kartalı kim əvəzləyəcək? - Üç namizədin adı hallanır
Bugün, 00:09 İDMAN
-
ÇİN DÖVLƏTİNİN QURUCUSUNA "DİKTATOR" DEDİ, ORTALIQ QARIŞDI - Futbolçu geri addım atdı, ancaq...
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Naxçıvanda 16 yaşlı uşaq bıçaqla vurulub
27.10.2026, 22:09 GÜNDƏM
-
"Fənərbaxça"nın baş məşqçisi istefa ərizəsi yazdı (Yenilənib)
27.10.2026, 21:16 İDMAN
-
"WhatsApp" və "WhatsApp Business" istifadəçilərinə rəsmi xəbərdarlıq: "Ələ keçirilmə riski var!"
27.10.2026, 21:07 GÜNDƏM