Ağ və sirli heyvan: 1.8 uzunluqdakı yırtıcı tədqiqatçıları da çaş-baş saldı + FOTOLAR

Ağ və sirli heyvan: 1.8 uzunluqdakı yırtıcı tədqiqatçıları da çaş-baş saldı + FOTOLAR

DÜNYA

Bugün, 17:51

Əvvəllər ABŞ-Meksika sərhədində divara dırmaşarkən və dahas sonra bir həyətdə seyr halındaykən kameraya düşən sirli ağ, uzunquyruqlu məxluq bu dəfə kamera görüntüsünə "yaxalanıb".

Mia.az xarici mətbuata istinadla bildirir ki, başından quyruğunun sonuna qədər təxminən 1.5 metrdən çox uzunluğu olan bu sirli heyvan cəld olmaqla yanaşı, asanlıqla hasarları aşan və dövşan, toyuqları rahatca ovlamaq qabiliyyətinə sahibdir.

Məlumata görə, əsasən kiçik ev heyvanları və quşlarını ovlayan yaratığın nə olduğunu öyrənmək üçün UFO tədqiqatçısı Jaime Maussan əraziyə fotokapan qurub: "Fotokapanın obyektivinə tuş gələn yaratığın nə olduğunu, hansı heyvan növünə mənsub olduğu dəqiqləşməyib. 17 oktyabrda ABŞ-Meksika sərhədindəki Juarez Vadisində uzun quyruğu olan ağ, tüksüz bir məxluqun böyük bir hasara rahatlıqla atılaraq həyətə soxulması və oradan bir toyuğu qaparaq eyni qayda ilə geriyə sıçraması obyektivə düşüb. Hazırda araşdırma gedir. Bunların başından quyruğuna qədər 1.5-1.8 boyunda olmaları təxminləşdirilib. Araşdırma gedir"

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR