Ali təhsili olmayan və 4-cü dəfə prezident seçilən 81 yaşlı Silva: "Braziliya heç kimin arxa bağçası deyil və olmayacaq"

Ali təhsili olmayan və 4-cü dəfə prezident seçilən 81 yaşlı Silva: \"Braziliya heç kimin arxa bağçası deyil və olmayacaq\"

DÜNYA

Bugün, 12:48

Braziliyada prezident seçkilərində qalib gələn 81 yaşlı Luiz İnasio Lula da Silva seçiciləri qarşısında çıxış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bundan sonra daha prezidentliyə iddialı olmayacağını  deyib.

Brazilyanın yeni prezidenti seçilən Silva ona etimad göstərənlərə minnətdarlıq edib: "Bütün bunları sizə borcluyam. Siz Braziliya demokratiyasını xilas etdiniz. Dürüstlük, millətçilik və demokratiya seçkilərdə qalib gəldi. Braziliya heç kimin arxa bağçası deyil və olmayacaq".

Siyasi karyerasındakı bu dönüş nöqtəsinə toxunan Lula da Silva deyib: "Çox qürur duyuram. Çünki bu ölkədə universitet diplomu olmadan  dörd dəfə demokratik yolla seçilən yeganə prezidentəm".

O, budəfəki prezidentlik dönəmində əsas diqqəti təhsil sahəsinə yönəldəcəyii də sözlərinə əlavə edib:  "Bu ölkədə tam günlük təhsili orta məktəb səviyyəsinə qədər genişləndirəcəyik. Orta məktəb və universitet təhsili ilə bağlı əhatəli və sosialyönümlü təşviq proqramı həyata keçirəcəyik. Amerika süni intellektindən asılı olmaq istəmirəm. Ölkədə məlumat mərkəzləri qurmaq üçün bərpa olunan enerji potensialımızdan istifadə edərək Braziliyaya xas süni intellekt inkişaf etdirmək istəyirəm."

Xatırladaq ki, bülletenlərin 99,89%-i açıqlanıb. Və  Lula da Silva etibarlı səslərin 51,79%-ni, keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro isə 48,21%-ni qazanıb.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR