Naxçıvanın Bakıdakı nümayəndəsi ilə bağlı sərəncam ləğv edilib?

Naxçıvanın Bakıdakı nümayəndəsi ilə bağlı sərəncam ləğv edilib?

SİYASƏT

Bugün, 12:27

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyinin yeni rəhbəri Abbas Muxtarzdə ilə bağlı sərəncamın dəyişməsi barədə iddialar yayılıb.

“Reyting.az” xatırladır ki, Muxtar Respublika Nazirlər Kabinetinin 08.10.2026-cı il tarixli Qərarı ilə Bakıdakı Daimi Nümayəndəliyin Əsasnaməsinə dəyişiklik edildikdən bir gün sonra Abbas Muxtarzadə Daimi Nümayəndəliyə rəhbər təyin edilmişdi.

Oktyabrın 12-də bu barədə ilk xəbəri yayan “Reyting.az” bildirmişdi ki, A. Muxtarzadə nümayəndəlikdə məsləhətçi işləsə də, faktiki olaraq Naxçıvan üzrə xüsusi nümayəndə Ceyhun Cəlilova Bakıda sürücülük edir.

Maraqlıdır ki, bu xəbərdən iki gün sonra, Abbas Muxtarzadənin rəhbər təyinatı ilə bağlı sərəncam Naxçıvan MR Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib. Ancaq 17 oktyabr 2026-cı ildə həmin sərəncam izah verilmədən rəsmi saytdan silinib. Bu dəyişikliklərdən sonra Abbas Muxtarzadənin yeni vəzifəsindən azad edildiyi iddia olunur.

Məsələyə rəsmi münasibət bildirilməsə də, “Reyting.az”ın əldə etdiyi məlumata görə, sərəncam rəsmi saytdan silinsə də, Abbas Muxtarzadə işə gəlib-gedir: "O, əvvəlki kimi Naxçıvandan Bakıya gələn vəzifəli şəxsləri hava limanından qarşılayaraq onlara sürücülük edir. İndisə ortaya belə bir sual çıxır: Abbas Muxtarzadə bu gün Daimi Nümayəndəlikdə hansı vəzifədə çalışır? O, hansı statusla nümayəndliyin maşınını idarə edir? Orada rəsmi sənədləri kim və hansı statusla imzalayır? Muxtazadənin belə bir səlahiyyəti varmı? Varsa, onunla bağlı sərəncam rəsmi saytdan niyə silinib?".

Məsələ ilə bağlı müvafiq qurumlardan suallara cavab ala bilmədik. Redaksiya A. Muxtarzadənin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR