RƏSMİ LONDONDAN QORXUNC ÇAĞIRIŞ: "Ərzaq yığın, 1000 gün ərzində müharibəyə tam hazır olmalıyıq"

RƏSMİ LONDONDAN QORXUNC ÇAĞIRIŞ: \"Ərzaq yığın,  1000 gün ərzində müharibəyə tam hazır olmalıyıq\"

GÜNDƏM

Bugün, 12:11

"Britaniya 1000 gün ərzində müharibəyə tam hazır olmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu xəbərdarlığı Böyük Britaniyanın Müdafiə naziri Ues Stritinq edib.

O, vətəndaşları  xüsusən Rusiya ilə artan geosiyasi gərginlik səbəbindən su, ərzaq və təcili yardım təchizatı ehtiyatı yaratmağa çağırıb.

Müdafiə naziri "The Telegraph"a bildirib ki, hökumətin britaniyalılara konservləşdirilmiş qida və butulka su ehtiyatı yaratmağı tapşırmasını "qulaqardı" etmək olmaz: "Britaniyanın düşmənlərindən 2030-cu ildə hücum təhlükəsi var. Əlbəttə, düşənlərdən hər zaman təhlükə gözləmişik. Bu, yeni deyil. Lakin indi onların da imkanları dəyişib. 2030-cu ilə qədər düşmənlərin hərbi gücü və müharibə aparmaq üçün iqtisadiyyatı böyüyür və bu, ölkəmizə hücum riskini artırır.  Hazırkı vəziyyəti təhlil etdikdə görərik ki, öz missiyamızı tamamlamaq, yəni müttəfiqlərimizlə birlikdə döyüşmək və qalib gəlmək üçün 1000 gündən bir az çox vaxtımız var"

Rusiyanın potensial təcavüzünə toxunan Stritinq iddia edib ki, onlar ən pis vəziyyətin qarşısını almağa hazır olmalıdırlar: "Bu sözlər hökumətin britaniyalıları vacib xidmətlərdə potensial fasilələrə hazırlamaq kampaniyasının bir hissəsi kimi səslənib. Biz eyni zamanda, ölkədəki əsas müəssisələri potensial kiberhücumlara hazırlamılıyıq. Hər bir Britaniya vətəndaşından əlverişsiz hava şəraiti, kiberhücumlar və ya digər kritik fövqəladə hallar zamanı sağ qalmaq üçün doqquz litrə qədər butulka su və üç günlük ərzaq ehtiyatı toplamaq mütləqdir. Bir sözlə, Britaniya Rusiyadan qaynaqlanan dövlət tərəfindən dəstəklənən terrorizmə hazır olmalıdır".

Xatırladaq ki, bundan əvvəl Baş nazir Endi Börnhem də ictimaiyyətə fövqəladə hallar üçün ərzaq və su ehtiyatı toplamağı msələhət görüb: "Bu çağırışda məqsəd çaxnaşma və ya qorxu yaratmaq deyil,  sadəcə çətin vəziyyət yarandıqda evdə kifayət qədər ehtiyat saxlamağın vacibliyinə diqqət çəkməkdir"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR