Bakı, Gəncə və Sumqayıtda əməliyyat: 82 kiloqram narkotik vasitə və...

Bakı, Gəncə və Sumqayıtda əməliyyat:  82 kiloqram narkotik vasitə və...

KRİMİNAL

Bugün, 15:51

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Bakıda, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıb.

Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR