Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açıldı - Leyla Əliyevanın iştirakıyla + FOTOLAR
MƏDƏNİYYƏT
Bugün, 18:01
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Türkmənistana akkreditə olunmuş diplomatik korpusun üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva incəsənətin və təbiəti qorumağın xalqlararası münasibətlərdəki mühüm rolunu vurğulayıb. O, incəsənətin müxtəlif xalqları mədəniyyət baxımından yaxınlaşdırdığını, insanların qəlbində gözəlliyə sevgi oyatdığını və ümumi humanitar dəyərlər ətrafında birləşməyə kömək etdiyini bildirib.
"Bugünkü sərginin əsas mövzusu təbiətdir. İnsanla təbiət arasındakı harmoniya sabit inkişafın ayrılmaz şərtidir. Təbiətə qayğı ilə yanaşmaq, onun gözəlliyini və zənginliyini gələcək nəsillərə çatdırmaq hər bir insanın, eləcə də bütün cəmiyyətin mühüm vəzifəsidir", - deyə O.Atabayeva diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş olunan əsərlər və iki ölkənin ortaq ekoloji məsələləri barədə fikirlərini bölüşüb. O, sərgidə 35 ölkədən 62 rəssamın 116 əsərinin nümayiş olunduğunu, həmçinin burada türkmən rəssamların əsərlərinin də yer aldığını qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti təqdim olunan hər bir əsərin təbiətimizin gözəlliyini, gücünü və kövrəkliyini özünəməxsus şəkildə üzə çıxararaq onu qorumağın nə qədər vacib olduğunu bir daha xatırladığını bildirib. Ekspozisiyanın ziyarətçilərdə zəngin emosiyalar yaradacağını və onlara ilham bəxş edəcəyini qeyd edən Leyla Əliyeva deyib: "Azərbaycan ilə Türkmənistanı təkcə qədim tarix və mədəniyyət deyil, həm də ümumi təbii irsimiz olan Xəzər dənizi birləşdirir. Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb".
IDEA-nın fəaliyyətinə də toxunan Leyla Əliyeva qurumun istər Azərbaycanda, istərsə də bütün dünyada bu cür problemlərin həllinə yönəlmiş çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Eksponatlar sırasında Türkmənistanın dekorativ-tətbiqi sənət nümunələri də yer alıb. Burada milli musiqi alətləri, xalçalar, milli baş geyimləri, qədim zinət əşyaları, həmçinin türkmən xalqının maddi-mədəni irsini əks etdirən nümunələr sərgilənir.
Qeyd edək ki, MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi Azərbaycan da daxil olmaqla, bir çox ölkədən sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deputatlar bu tarixdə toplanır - 12 məsələ müzakirə olunacaq (SİYAHI)
Bugün, 18:54 GÜNDƏM
-
Fransa getməyin! - XİN xəbərdarlıq yaydı
Bugün, 18:23 SİYASƏT
-
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı bu şirkətlə sövdələşdi - 505 min manatlıq...
Bugün, 18:07 İQTİSADİYYAT
-
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açıldı - Leyla Əliyevanın iştirakıyla + FOTOLAR
Bugün, 18:01 MƏDƏNİYYƏT
-
Polşada bomba həyəcanı: 3000 nəfər təxliyə edildi
Bugün, 17:39 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara xəbərdarlıq edib
Bugün, 17:28 CƏMİYYƏT
-
Vüsal Şilderin qətli ilə bağlı məhkəmə: şahid ifadə verib
Bugün, 17:26 KRİMİNAL
-
Daha bir deputat Ərdoğanın partiyasına keçdi
Bugün, 17:13 DÜNYA
-
Aparıcı efirdə yuxulayan musiqiçini belə oyatdı - VİDEO
Bugün, 17:07 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi"
Bugün, 16:58 SİYASƏT
-
Hikmət hacıyevlə İsveç səfiri müzakirə aparıb
Bugün, 16:57 SİYASƏT
-
General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…
Bugün, 16:36 KRİMİNAL
-
Erman Toroğlu Sergen Yalçının təyinatını səhv sayır: "Hər kəs axmaq deyil"
Bugün, 16:25 İDMAN
-
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - Bu ərazilərdə + DETALLAR
Bugün, 16:09 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir memorandumu təsdiqləyib
Bugün, 16:00 GÜNDƏM
-
Daha bir kompleks Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Sərəncam imzalandı
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri
Bugün, 15:51 SİYASƏT
-
Dünya onun ölümündən danışırdı - Kim Çen In ortaya çıxdı (FOTOLAR)
Bugün, 15:49 DÜNYA
-
"Fənərbaxça" - "Slaviya Praqa" matçını bu kanal canlı yayımlayacaq
Bugün, 15:34 İDMAN
-
Ermənistanın ikinci prezidenti barədə yeni qərar veriləcək
Bugün, 15:16 SİYASƏT
-
Müğənni Dəniz Əsədova Afət Fərmanqızını məhkəməyə verdi - Xüsusi ittiham qaydasında
Bugün, 15:12 ŞOU-BİZNES
-
Kreml: "Putinlə Vitkoffun tezliklə görüşü gözlənilir"
Bugün, 15:05 GÜNDƏM
-
"Məkkə Sazişi" Parlamentə göndərilib
Bugün, 14:49 GÜNDƏM
-
""44" filmində hər şey çox gözəldir" - Kəmaləddin Heydərovdan açıqlama
Bugün, 14:41 MƏDƏNİYYƏT
-
Sabah bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
Bugün, 14:34 CƏMİYYƏT
-
Aİ-dən RƏSMİ MOSKVAYA SƏRT İTTİHAM: "Rusiya qidadan silah kimi istifadə edir" - "Moldova, Rumıniya və Polşa ilə sərhəd hədəfdədir, NATO ilə birgə..."
Bugün, 14:10 GÜNDƏM
-
Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirilib, yeni tapşırıqlar verilib
Bugün, 14:05 CƏMİYYƏT
-
Şadlıq sarayında qonaqlara zay ət verilir? - AQTA yoxlama apardı və... + VİDEO
Bugün, 13:53 CƏMİYYƏT
-
Husilər hərbi bazanı vurub: 58 hərbçi həlak olub, 200-dən çox yaralı var
Bugün, 13:39 DÜNYA
-
Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - Aşqabadda + FOTOLAR
Bugün, 13:02 GÜNDƏM
-
“Xəzər Lənkəran”ın keçmiş vitse-prezidenti ilə “Yapı Kredi Bank” arasında qalmaqal...
Bugün, 12:47 İQTİSADİYYAT
-
İKİ RAYON, BİR ŞƏHƏRƏ PROKURORLAR TƏYİN EDİLDİ
Bugün, 12:35 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:23 CƏMİYYƏT