Deputat Cavid Qurbanov himn yazdı - Şeir

img

20-10-2014 [16:39]


"Azəryolservis" ASC-nin sədri, deputat Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb


Sportnet-in məlumatına görə, himnin musiqisi tanınmış bəstəkar, xalq artisti Eldar Mansurova məxsusdur.

Himnin mətnini təqdim edirik:

Uzağı yaxın edər-

Rəvandır yollarımız.

Sahillər birləşdirən

Körpülər qollarımız.

Qələbəyə aparar

Vətən övladlarımız.

Şan-şöhrətli ölkəmə

Bəlli uğurlarımız,

Birinci ol, qalib ol-

Azəryol-Azəryol!

Bayrağını sancdığın

Bu zirvələr sənindir.

Qazandığın qələbə,

Hər uğur vətənindir-

Yurdumun torpağında

Kök atıb bitənindir.

Azərbaycan adıyla

Sən həmişə qalib ol-

Azəryol... Azəryol!

Digər xəbərlər
SON XƏBƏRLƏR