AB Liderləri Zirvəsi başlayıb - "Qətiyyətimizi qorumalı və hədəflərimizə doğru daha sürətli irəliləməliyik"

AB Liderləri Zirvəsi başlayıb - \"Qətiyyətimizi qorumalı və hədəflərimizə doğru daha sürətli irəliləməliyik\"

GÜNDƏM

Bugün, 13:15

Bu gün Brüsseldə Avropa Birliyi (AB) üzv dövlətlərinin liderlərini bir araya gətirən AB Liderləri Zirvəsi başlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, iki gün davamç edəcək toplantıda birliyin büdcəsi, enerji qiymətləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr, genişlənmə prosesi və miqrasiya kimi məsələləri müzakirə olunacaq.

AB Şurasının prezidenti Antonio Kosta bildiirb ki, "Bir Avropa, Bir Bazar" gündəliyi ilə başlayacaq toplantıda öhdəliklərin konkret addımlara çevirilməsi ələ alınacaq: "Qətiyyətimizi qorumalı və hədəflərimizə doğru daha sürətli irəliləməliyik. Məqsədimiz avropalılar üçün daha çox iş yeri, daha güclü biznes və daha yaxşı həyat təmin etməkdir" 

Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola isə deyib ki, toplantıda əsas məsələ  Rusiyanın Ukraynaya artan hücumları müzakirə ediləcək: "Avropanın hazırda edə biləcəyi ən pis şey diqqətini başqa yerə yönəltməkdir. Rusiyaya qarşı sanksiyalar artırılmalıdır"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR