Türkiyə parlamentində şok olay - Deputatlar gözləri və ağızlarını bağladı + FOTO

Türkiyə parlamentində şok olay - Deputatlar gözləri və ağızlarını bağladı + FOTO

SİYASƏT

Bugün, 14:58

Türkiyədə bu gün səhər müxalif Halk TV-yə öolis basqını ilə  kanal rəhbəri və 17 nəfərin həbsi ölkədə siyasi gərginliyi artırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TV-yə qəyyum təyin edilməsi ilə efir siyasətinin əks istiqamətə dəyişməsinə isə narazı kütlədən etirazlar başlayıb.

Məlumata görə, Özgür Özəlin lideri olduğu Yeni Partiyanın deputatları TV-yə qarşı əməliyyat və həbsləri iqtidarın alternativ söz və azad fikirə basqısı kimi izah edib və etiraz olaraq bu gün parlamentdə gözlərini və ağızlarını qara lentlə bağlayıblar.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu kanalın rəhbərinə qarşı "çirkli pullar"ın yuyulması, tender saxtakarlığı və sair ittihamlar irəli sürüb.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR