Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."

Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya \"namussuz\" dedi: \"Kaş ki, əlim qırılaydı...\"

SİYASƏT

Bugün, 15:15

Bir müddət əvvəl vaxtilə CHP-yə rəhbərlik edən Özgür Özəlin dəstəyi ilə İzmir Böyükşəhər Bələdiyyəsinin sədri seçilən, daha sonra isə CHP-dən istefa verərək Özgür Özəlin yeni qurduğu Yeni Partiyaya keçəcəyi gözlənilsə də, Ərdoğanın lideri oldğu AKP-yə üzv olan Cəmil Tuqayla bağlı gərginlik böyüyür.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu gün Yeni Partiya lideri Özgür Özel parlamentdə partiya üzvləri ilə keçirdiyi toplantıda vaxtilə "Cəmil Tuqaya zəmanət verirəm" sözünə görə üzr istəyib: "Bu gün məndən Cəmil haqda özünütənqid edib-etməyəcəyimi soruşurlar. Özütənqid nədir?! Ürəyim yanır, bağırım çatlayır. Əgər bu əl (öz əlini göstərir - mia.az) Cəmil Tuqay üçün sənədi imzalayıbsa, qoy bu əl qırılsın, bu baş qırılsın, qoy bu günü görməsin. Kaş ki, o namussuz namizəd göstərməyəydim...".

Partiya sədrinin bu sözləri zalda alqışlarla qarşılanıb.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR