"Rusiya gərginliyi azaltmaq fürsətini əldən verib və..." - ZELENSKİ PUTİNİN TRAMPI SAYMADIĞIN DEDİ, ABŞ LİDERİNƏ SƏSLƏNDİ

\"Rusiya gərginliyi azaltmaq fürsətini əldən verib və...\" - ZELENSKİ PUTİNİN TRAMPI SAYMADIĞIN DEDİ, ABŞ LİDERİNƏ SƏSLƏNDİ

GÜNDƏM

Bugün, 11:26

"Rusiya ordusu bu gecə Kiyevdəki  Elektrik Stansiyasına zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Kiyev ötən gecə ballistik raketlərlə bombalanıb: "Ruslar  paytaxtdakı 4 nömrəli Elektrik Stansiyasına (CHP-4) da zərbə endirdi. Halbuki, Donald Trampın üç gün əvvəl Ukrayna ilə Rusiya arasında enerji infrastrukturuna hücumlarla bağlı atəşkəs əldə edildiyi bəyan etmişdi. Ancaq görünən budur ki, ruslar ABŞ Prezidentinin dediklərinə əməl etmir, buna ehtiyac durmurlar".

Zelenski deyib ki, Rusiya ötən gecə ölkəsinə 39 ballistik raket, 120-dən çox dronla hücum həyata keçirib: "Onlar əsasən Kiyev və Xarkov bölgələrində enerji və vacib infrastrukturu vururlar. Bu, Rusiyanın Amerikaya qarşı açıq hörmətsizliyidir. İndiyədək belə miqyaslı hücum heç vaxt olmamışdı.BBu hücumlar nəticəsində elektrik, təbii qaz və neft obyektlərində 26 yerdə böyük zərər yaranıb. Təəssüf ki, hazırda ən azı 600.000 insan elektriksizdir. Daha genişmiqyaslı kəsintilər baş verə bilər. ABŞ prezidenti Tramp bunu görməli və Rusiyaya ağır sanksiyaları yeniləməlidir. Rusiya gərginliyi azaltmaq fürsətini əldən verib və açıq şəkildə ağlasığmaz məhv müharibəsini davam etdirməyi seçib".

O, əlavə edib ki, hücumlarda ən azı 5 nəfər ölüb, 30-dək yaralı var.

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR