Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat

Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat

GÜNDƏM

Bugün, 17:33

Azərbaycan Xarici İşlər Nazirliyi Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə dron hücumu iə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, nazirliyin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadəninn sözlərinə görə, 13 oktyabr tarixində gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb:

"Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür".

Nazirlik rəsmisi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırdıqlarını ifadə edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR