İranın Londondakı səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Londondakı səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı

DÜNYA

Bugün, 00:05

İranın Londondakı səfiri Seyid Əli Musəvi Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, İranın Londondakı səfiri Seyid Əli Musəvidən Tehranın "ölkənin təhlükəsizliyini təhdid edən kiber fəaliyyətlərlə məşğul olması" səbəbindən izahat tələb olunub: "İranın cinayətkar şəbəkələr, proksi qruplar və dövlət tərəfindən maliyyələşdirilən kiberqurplar  vasitəsilə Böyük Britaniyanın və beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini pozmaq üçün davam edən cəhdləri qəbuledilməzdir. Böyük Britaniya dəfələrlə İrana öz ərazisindəki təhdidlərə dözməyəcəyini xatırladıb. Bu gün (dünən-mia.az) nazirliyinə çağıırlan İranın Böyük Britaniyadakı səfirinə bu tələbimiz bir daha çatdırılıb və bu cür halları təkrarlamaq tələb edilib".

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR