Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb, cinayət işi açılıb - Baş Prokurorluq məlumat yaydı
GÜNDƏM
Bugün, 11:31
Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.
Həmçinin qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib, nəticədə faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.
Ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb. Həmin cinayət işlərindən 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri qismində həbs, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və onlardan 1 cinayət işi üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.
İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən 1 şəxs hərbi xidmətə yararlı hesab edilib, 2 şəxsə xidmətdən möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza davam etməkdədir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalarla qanun pozuntularının törədilməsi faktları müəyyən edilib.
Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara (o cümlədən SHXÇDX-yə 18, Səhiyyə Nazirliyinə 6, TƏBİB-ə 4, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə 3, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə 1) ümumilikdə 32 təqdimat göndərilib, onlardan 14-ü bilavasitə Xidmətin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələbləri səviyyəsində tərtib olunmasının təmin edilməsini əhatə edib.
Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə və 10 vəzifəli şəxsə, habelə 1 fiziki şəxsə xəbərdarlıq edilib, müvafiq kollektivlərdə müzakirələr aparılıb.
Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
XİN başçısı: "Pakistan "Məkkə Müdafiə Müqaviləsi"nə sadiqdir"
Bugün, 12:24 DÜNYA
-
Sabah yağış yağacaq
Bugün, 12:09 CƏMİYYƏT
-
Putinin sözçüsü: "Ukrayna reallığı qəbul etməli, siyasi iradə göstərməlidir, qaldı Zelenskiyə..."
Bugün, 11:59 GÜNDƏM
-
Orionid meteor yağışı yağacaq
Bugün, 11:52 GÜNDƏM
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
Bugün, 11:41 GÜNDƏM
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb, cinayət işi açılıb - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:31 GÜNDƏM
-
İlham Əliyev Kambocanın Baş naziri görüşdü, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)
Bugün, 11:29 GÜNDƏM
-
İrandan gözlənilməz gediş - Rəsmi Tehran Səudiyyə Ərəbistanı ilə Husilər arasında vasitəçilik təklif edib
Bugün, 11:20 SİYASƏT
-
Prezident İlham Əliyev İspaniya Kralına məktub ünvanlayıb - MƏTN
Bugün, 11:08 GÜNDƏM
-
"Qalatasaray" "Barselona" ilə oyuna hazırlaşır
Bugün, 10:56 İDMAN
-
"Kim Milyoner Olmaq İstər?"də yeni sürprizlər: Oktay Kaynarca getdi, qaydalar dəyişdi
Bugün, 10:36 İQTİSADİYYAT
-
Cibuti sahillərində qayıq batdı: 139 nəfər ölüb, aralarında uşaqlar da var
Bugün, 10:25 DÜNYA
-
Ağ Evin mətbuat katibi bu gündən işə başlayır: "Keti əla iş görəcək"
Bugün, 10:12 PRESS
-
BAŞ NAZİRLƏ MÜDAFİƏ NAZİRİNƏ SUİ-QƏSD TƏHDİDİ ÖLKƏNİ AYAĞA QALDIRDI - Saxlanılan var
Bugün, 10:03 GÜNDƏM
-
Tramp "Dədə Qorqud"luğa keçib - Bu dəfə Atlantik və ya Sakit okeanlarının adlarını dəyişmək İstəyir
Bugün, 09:48 GÜNDƏM
-
İcra Hakimiyyətinin vəzifəli şəxslərinə töhmət verildi - FOTO
Bugün, 09:48 CƏMİYYƏT
-
KOLLECLƏRLƏ BAĞLI YENİ PLAN: bəziləri bağlanacaq, bəziləri isə...
Bugün, 09:19 CƏMİYYƏT
-
Nazirliyin keçmiş işçisi "AZCON Holdinq"də vəzifəyə təyin edildi
Bugün, 09:01 İQTİSADİYYAT
-
İlkay Gündoğan "Qalatasaray"dan gedir? - Açıqlama
Bugün, 00:43 İDMAN
-
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı birgə bəyanat yaydı
Bugün, 00:31 DÜNYA
-
Nihat Kahveci: "Kərəm Aktürkoğluna nə olub?"
Bugün, 00:15 İDMAN
-
Burak Yılmaz ilk matçında 3 qolla qələbə qazandı
Bugün, 00:13 İDMAN
-
Ər-Riyaddakı Kral Xalid Hava Limanına növbəti dəfə zərbə endirilib
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə ata oğlunu öldürüb
11.10.2026, 23:24 KRİMİNAL
-
Rusiya və Ukrayna yanacaq və enerji sahəsinə hücumu dayandırdı: "Atəşkəsi pozmayın"
11.10.2026, 19:35 GÜNDƏM
-
Şair Ayaz Vəfalı vəfat edib
11.10.2026, 11:32 PRESS
-
Gəncədə müğənni əməliyyatdan sonra ölüb
11.10.2026, 11:27 CƏMİYYƏT
-
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı
11.10.2026, 11:08 KRİMİNAL
-
Husilər Ər-Riyadda Hava Limanını vurdu: 12 nəfər ölüb, 300-dən çox yaralı var
11.10.2026, 09:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.10.2026, 00:13 CƏMİYYƏT
-
TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."
10.10.2026, 23:03 GÜNDƏM
-
Ramzan Kadırov Azərbaycana niyə gəlib? - TƏHLİL
10.10.2026, 18:10 GÜNDƏM
-
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə naharda - FOTOLAR
10.10.2026, 16:37 GÜNDƏM