AAYDA-nın sədri və müavini yeni vəzifəyə gətirildi

AAYDA-nın sədri və müavini yeni vəzifəyə gətirildi

İDMAN

Bugün, 19:07

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mıəlumat  yayıb.

Bildirilib ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə agentliyin sədr müavini Tural Mailov və Əməkdar məşqçi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.

Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.

Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR