Putinin sözçüsü: "Ukrayna reallığı qəbul etməli, siyasi iradə göstərməlidir, qaldı Zelenskiyə..."

Putinin sözçüsü: \"Ukrayna reallığı qəbul etməli, siyasi iradə göstərməlidir, qaldı Zelenskiyə...\"

GÜNDƏM

Bugün, 11:59

"Ukrayna reallığı qəbul etməli, siyasi iradə göstərməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov "RİA Novosti"yə  açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva üçün Ukraynada kimin hakimiyyətdə olması mühüm deyil: "Bizim üçün vacib olan Kiyev rejiminin reallığı qəbul etməsi və sülh yolu ilə həll yoluna getmələridir".

ABŞ prezidenti Donald Trampın "Zelenski getməlidir, Ukrayna yeni prezidentini seçməlidir" sözlərinə də şərh verən Peskov bildirib ki, Zelenski bu müharibəyə son qoymaq üçün son dərəcə vacib və çətin qərarlar qəbul etməlidir: " Ya Zelenski bu məsuliyyəti öz üzərinə götürəcək və lazımi siyasi iradəni göstərəcək, ya da göstərməyəcək. Fakt budur ki, Ukraynanın hücum imkanları gündən-günə azalır, Rusiya ordusu isə inamla irəliləyir. Tezliklə, aradakı fərq daha da böyüyəcək"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR