Tramp "Dədə Qorqud"luğa keçib - Bu dəfə Atlantik və ya Sakit okeanlarının adlarını dəyişmək İstəyir

Tramp \"Dədə Qorqud\"luğa keçib - Bu dəfə Atlantik və ya Sakit okeanlarının adlarını dəyişmək İstəyir

GÜNDƏM

Bugün, 09:48

Azərbaycansayağə desək, ABŞ Prezidenti Donald Tramp ind də "Dədə Qorqud"luğa, yəni adqoymaya başlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, Tennessi ştatının Klarksvill şəhərində keçirilən mitinqdə çıxış edən Tramp Atlantik və ya Sakit Okeanını adlarını dəyişilməsi və bəzi çayların adları ilə bağlı  açıqlamalar verib.

O bildirib ki, Sakit okeanının adını "Tramp Okeanı", Atlantik okeanın adını isə "Amerikanın Okeanları" qoymağı düşünür.

Tramp britaniyalı səyyah Henri Hadsonu adını daşıya Hudson çayının adını isə dəyişdirmək istəmədiyini bildirib: "Çünki o, bu çay üçün çox şeylər edib. Mən son üç seçkidə böyük fərqlə qalib gəldiyimiz Missisipi ştatında ştatln adını daşıyan Missisipi çayının adını da dəyişdirməyəcəm".

Xatırladaq ki, Tramp bundan əvvəl Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişdirdiyi haqda açıqlama vermişdi. O, daha sonra  Kanadadakı "Ontario" gölünə isə "Amerika gölü" adı vermişdi. Trampın bu açıqamalarından sonra isə Amerika şirkətləri olan "Google" və "Apple" onların adların xəritədə dəyişmişdi.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR