Orionid meteor yağışı yağacaq

Orionid meteor yağışı yağacaq

GÜNDƏM

Bugün, 11:52

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq.

Mia.az xəbər verir ki, bu barədə  Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, Orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək.

Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq.

2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir. Orionidlər Azərbaycandan müşahidə edilə bilər. Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir. Şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq müşahidə yerinin seçilməsi xüsusi əhəmiyyət daşıyır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR