İlham Əliyev Kambocanın Baş naziri görüşdü, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)

İlham Əliyev Kambocanın Baş naziri görüşdü, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)

GÜNDƏM

Bugün, 11:29

Azərbaycan və Kamboca işçi qrupu yaradıb.

Mia.az xəbər verir ki,  bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Kamboca baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.

***

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.

***

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manet ilə məhdud və geniş tərkibdə görüşü olub.

***

Kamboca Krallığının Baş naziri Hun Manetin oktyabrın 12-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

 Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR