TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."

TRAMP \"ZELENSKİ GETMƏLİDİR\" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: \"O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda...\"

GÜNDƏM

10.10.2026, 23:03

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib.

O, qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini xalq dəstəkləyir.

"Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların (ölkə vətəndaşlarının - red.) qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir", - Sibiqa vurğulayıb.

O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti dəstəyə layiqdir.

***

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib.

Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib.

Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə" yoluna qoya bilərdi, lakin o bunu etməməyi seçib.

"Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb... Mən sövdələşmə bağlaya biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki o, (Zelenski - red.) çoxlu sövdələşmələr bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi", - Tramp bildirib.

Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə bütün dünya üçün problem yaratmaq istəyir.

"Biz dedik ki, bircə neft emalı zavodlarına zərbə endirməyin, axı Rusiya bütün dünya üzrə dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir, dizel yanacağına zərbə endirməyin, çünki bu, ciddi problemə, onun kəskin qıtlığına gətirib çıxaracaq". Bəs o nə edir? Gedir və dizel yanacağına zərbələr endirir. O belə hərəkət edə bilməz, çünki bizim qlobal problemimiz var və bu problem dizel yanacağı istehsal edən neft emalı zavodlarının çatışmazlığından qaynaqlanır", - Tramp deyib.

Daha əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən xəbər vermişik ki, Vaşinqton Rusiyanın neft emalı zavodlarına zərbələr davam edəcəyi təqdirdə, Kiyevi mühüm kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracağı ilə hədələyib/report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR