PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu

PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu

GÜNDƏM

Bugün, 09:17

ABŞ Prezidenti Donald Trampla  Rusiya Prezidenti Vladimir Putin  oktyabrın 9-da axşam saatlarında telefonla danışıblar.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, liderlər əsasən Rusiya-Ukrayna münaqişəsi, İranla müharibə və dünyada bahalaşan yanacaqla bağlı  uzun müzakirə aparıblar.

Putin görüşdə Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bildirib. O, bununla da dünya bazarında yüksələn  qiymətlərin enməsinə nail ola biləcəklərini xüsusi vurğulayıb (Yeri gəlmişkən, bu danışıqlardan  bir neçə dəqiqə sonra ABŞ Rusiyanın yanacaq satışına qoyulmuş sanksiyanı gələn ilin aprel ayınadək ləğv edib - Mia.az).

Məlumatda deyilir ki, prezidentlər şəxsi təmasları, eləcə də iki ölkənin prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumları arasında əməkdaşlığın davam etdirilməsinə razılaşıblar.

***

Ağ Evdən verilən məlumatda da Donald Trampla Vladimir Putinin  Rusiyanın dizel yanacağının Amerika və qlobal bazarlara genişmiqyaslı tədarükü ilə bağlı razılığa gəldikləri barədə xəbər təsdiqlənb.

Tram bu razılaşmanı böyük uğur sayıb: "Rusiya dərhal 300 min tondan çox dizel yanacağı, noyabrda daha 500 min ton, bundan sonra isə əlavə 1 milyon ton dizel tədarük edəcək. Bundan əlavə, Rusiyanın neft emalı zavodlarının vəziyyətini nəzərə alaraq, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağı dünya bazarına çıxarılacaq. Bu və Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirməyimizdən sonra artan tədarüklər dünyada yanacaq qiymətlərinin sürətlə enməsinə səbəb  yaradacaq".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR