Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
Bugün, 15:29
Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: Sözü Azərbaycan Respublikasının hörmətli Prezidenti, Zati-aliləri, cənab İlham Heydər oğlu Əliyevə vermək istəyirəm. Buyurun.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli sammit iştirakçıları.
İlk növbədə, Xəzər Ekoloji Sammitinin keçirilməsi təşəbbüsünə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm. Əminəm ki, sammit Xəzər dənizinin ekoloji problemlərinin həllində bizim qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə kömək edəcək.
Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır.
Eyni zamanda, onun ekoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir.
Aydındır ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib.
Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik. Hər şeydən əvvəl Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin bütün kompleksini müəyyənləşdirməliyik və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməsinə malik olmalıyıq.
Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident Sərdar Berdiməhəmmədov: Hörmətli İlham Heydər oğlu, çox sağ olun. Dərinməzmunlu çıxışınıza görə təşəkkür edirəm. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması qardaş Azərbaycan kimi Türkmənistanın da daxili və xarici siyasətinin prioritetləri sırasındadır. Xəzərin ekoloji gündəliyinin bütün spektri üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə hazırıq.
Sizin konstruktiv çıxışınız üçün bir daha təşəkkür edirəm.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTOLAR (YENİLƏNİB)
Bugün, 15:29 GÜNDƏM
-
Müğənni Afət Fərmanqızı 7 min manat cərimələndi - Məhkəmə qərarı
Bugün, 15:18 ŞOU-BİZNES
-
Beyləqan rayonunda məktəbdə zəhərlənmə olub - AÇIQLAMALAR
Bugün, 15:08 CƏMİYYƏT
-
Türkiyəli aktrisa iranlı rejissorun filmində rol alacaq: "12 yaşlı oğlu ilə..."
Bugün, 14:59 MƏDƏNİYYƏT
-
Okan Buruk futbolçulara xəbərdarlıq etdi
Bugün, 14:43 İDMAN
-
DEPUTATLAR AYIN 13-DƏ TOPLANACAQ - 13 məsələ müzakirə olunacaq - SİYAHI
Bugün, 14:37 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri görüşüb
Bugün, 14:17 GÜNDƏM
-
Prokuror olmaq istəyənlər imtahan verdi
Bugün, 14:07 CƏMİYYƏT
-
Pezeşkian "MDB +1" formatının yaradılmasını təklif edir
Bugün, 14:02 DÜNYA
-
Putin İlham Əliyevlə bir arada - FOTOLAR
Bugün, 13:22 GÜNDƏM
-
KİYEV MERİ PAYTAXTA QORXU SALDI: "İmkanı olan şəhəri tərk etsin..." - "Biz Putinə arzuladığı bu "ən yaxşı ssenari"ni qətiyyən verməyəcəyik"
Bugün, 13:21 GÜNDƏM
-
Sabah leysan yağacaq
Bugün, 13:05 CƏMİYYƏT
-
Avropa İnsan Hüquqları Məhkəməsi Rauf Mirqədirovla bağlı qərar verdi
Bugün, 12:59 SİYASƏT
-
Baş məşqçi türk klubuna 330 min avro borcu bağışladı
Bugün, 12:59 İDMAN
-
ƏLİYEV, PUTİN və BERDİMƏHƏMMƏDOV BİR ARADA - Üçlü görüş + FOTOLAR
Bugün, 12:45 GÜNDƏM
-
Türkiyədə iki məşhur jurnalist saxlanıldı - İkisi isə ifadəyə çağırıldı
Bugün, 12:43 PRESS
-
Abşeron Rayon İcra Hakimiyyəti 646 minlik tenderə hazırlaşır
Bugün, 12:32 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - ÇIXIŞ + FOTOLAR (Yenilənib)
Bugün, 12:27 GÜNDƏM
-
Araz Ağalarov həyat yoldaşı birgə sualları cavablandırıb
Bugün, 12:23 CƏMİYYƏT
-
Coca-Cola çökür? - Yüzlərlə filialı olan nəhəng brend satılır
Bugün, 12:08 İQTİSADİYYAT
-
Keçmiş partiya sədrinə kompensasiya ödəniləcək - Əli Əliyev barışdı
Bugün, 12:06 SİYASƏT
-
"Daha sürətlə irəliləmək mümkündürmü? Yəqin ki, mümkündür" - Putin liderlərə "Maneələri aradan qaldırmaq" mesajı verdi
Bugün, 11:49 GÜNDƏM
-
"Bu, şübhəsiz ki, tarixi bir andır" - Lukaşenkodan İlham Əliyevin mesajına reaksiya
Bugün, 11:28 SİYASƏT
-
"Kapital Bank"ın işçisinə SOCAR-da vəzifə verildi
Bugün, 11:08 İQTİSADİYYAT
-
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında : "Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə..."
Bugün, 11:00 GÜNDƏM
-
"Azərsun Holdinq"lə 50 min manatlıq "Media Balans"ı bir-birinə bağlayır ki...
Bugün, 10:58 İQTİSADİYYAT
-
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır"
Bugün, 10:47 GÜNDƏM
-
"Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və..."
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürüldü: siyasi müxaliflərə qarşı zorakılıq və...
Bugün, 10:03 DÜNYA
-
Azərbaycan nefti fantastik qiymətə yüksəldi - Qara qızıl daha 8 dollar bahalaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
PAKİSTAN YƏMƏNDƏ HÜSİLƏRƏ QARŞI MÜHARİBƏYƏ GİRDİ - Qırıcılar üsyançılara bomba yağdırır, Ankara və İslamabad...
Bugün, 09:39 GÜNDƏM
-
Adanı tısbağalar basıb - 180 min...
Bugün, 09:20 DÜNYA
-
Azərbaycan Prezidenti: "Donald Tramp Nobel Sülh Mükafatı almalıdır"
Bugün, 09:00 GÜNDƏM
-
Husilər Ər-Riyad Hava Limanına yenə zərbə endirdi - 2,5 milyon dollarlıq təyyarə yandı + FOTO
Bugün, 00:11 DÜNYA