"Hazırda Cənubi Qafqazdakı durum tərəflər arasında üçtərəfli görüşü zəruri edir" - Putin, Əliyev və Paşinyan Türkmənsitanda görüşəcək?

\"Hazırda Cənubi Qafqazdakı durum tərəflər arasında üçtərəfli görüşü zəruri edir\" - Putin, Əliyev və Paşinyan Türkmənsitanda görüşəcək? 

SİYASƏT

Bugün, 15:37

"Gözlər MDB Dövlət Başçıları Şurasının Türkmənsitanda keçirilən sammitinə dikilib. Putin, Əliyev və Paşinyan arasında rəsmi şəkildə üçtərəfli görüşün planlaşdırılmadığı deyilsə də, belə bir görüşün təşkil edilmə ehtimalı böyükdür".

Mia.az xəbər verir ki, bu sözləri ekspert Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, görünür, bu səbəbdən Paşinyan ikibaşlı danışıb. O, bir yandan tərəflər arasında rəsmi görüşün nəzərdə tutulmadığını deyib, o biri yandan da “Prosesin gedişində buna ehtiyac olduğu məlum olarsa, o zaman bu, baş tuta bilər” cümləsini işlədib:

"Bununla da Paşinyan üçtərəfli görüşün onun iradəsindən asılı olmadığını və daha çox Putinin istəyi ilə gerçəkləşə biləcəyinə açıq eyham vurub.

Hazırda Cənubi Qafqazdakı durum isə tərəflər arasında üçtərəfli görüşü zəruri edir. Türkiyə-Ermənistan sərhədlərinin açılması yönündə pərdə arxasında aparılan danışıqlar, “Zəngəzur dəhlizi”nin – TRİPP layihəsinin perspektivi, 2020-ci ilin 10 noyabrındakı üçtərəfli atəşkəs razılaşmasının əsas zəmanətçisi olan Rusiyanın iştirakıyla yekun sülh sazişinin imzalanıb-imzalanmayacağı kimi məsələlər hələ də açıq qalır…".
Samir
Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR