QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib

 QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib

SİYASƏT

Bugün, 12:40

ABŞ-nin "German Marşal Fondunun" Azərbaycan üzrə məsləhətçisi, QHT işi ilə bağlı həbs olunan Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətə şərti cəza verilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Prosesdə həmçinin dövlət ittihamçısı da çıxış edib. O, M.Rəhimliyə 5 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi" ilə bağlı başladılan cinayət işi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

M.Rəhimli barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR