İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI

İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI

DÜNYA

Bugün, 10:09

İstanbulda müxalif şəxslərin rəhbərlik  etdiyi daha bir bələdiyyədə sübh çağı əməliyyat keçiriib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün sübh çağı bir neçə il əvvəl sədri həbs edilən və bundan sonra qəyyum təyinatı olduğu Esenyurt bələdiyyəsinin 17 işçisi saxlanılıb.

Onlar tender saxtakarlığı, rüşvət və digər qanunsuzluqlarda ittiham edilirlər: "Sözügedən cinayət əməllərində iştirak etdikləri müəyyən edilən 19 şübhəli haqqında həbs qərarı verilib, onlardan 17-i tutulub, 2 nəfər isə axtarışdadır".

Məlumata görə, saxlanılanlar arasında keçmiş sədrin sağ qolu syaılan Bələdiyyə sədrinin müavini Yusuf Ulutaşla yanaşı, Esenyurt Bələdiyyə sədrinin keçmiş müavini Ümit Ünal, Esenyurt Bələdiyyəsisinin Məhəllə İşləri üzrə müdiri Ziya Seymen, Park və Bağçalar müdiri İbrahim Doğancıoğlu və işçisi Anıl Alioğlu, bələdiyyə işçisi Edil Kəsik, Tunan Uluny, şirkət sahibləri - Tunan Uluny. Şenocak, Doğan Can Göksel, Cemalettin Çağlayan, Harun Berber, Salih Yılmaz, Erhan Toprak, Orhan Yıldırım, Ziya Köklü, Halil Yılmaz, Emrah Koşunalp da var.

Onu da qeyd edək ki, CHP-li Esenyurt Bələdiyyə sədri Ahmet Özer 30 oktyabr 2024-cü ildə korrupsiya ittihamı ilə evində tutulub. O, bir neçşə ay əvvəl ev dustaqlığına buraxılıb. O, həbs olunduqdan sonra isə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR