QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
GÜNDƏM
07.10.2026, 09:27
Qara dənizin Rumıniya sahillərində “Palmali” şirkətinə məxsus gəminin dronla vurulması nəticəsində azərbaycanlı kapitan həlak olub, bir nəfər isə itkin düşüb.
Məlumata görə, hücum nəticəsində vəfat edən gəmi kapitanı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.
O, uzun müddət Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib.
Bir müddət əvvəl ordudan tərxis edilən R.Həsənov mülki sahəyə keçib və “Palmali”də gəmi kapitanı kimi işə düzəlib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-i hücum zamanı gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam edir.
Şahidlər Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı yük gəmisinin dronla vurulduğunu deyiblər.
Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü xəstəxanada müalicə alır.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı deyib ki, qarğıdalı daşıyan, Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb. Zelenski bildirib ki, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub.
Hadisədən sonra Rumıniya rəsmiləri xilasetmə əməliyyatı keçirib. Gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.
Xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir/qafqazinfo.
***
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hazırda müvafiq axtarış tədbirləri həyata keçirilir:
"Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik"
***
Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.
Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.
Onun fotosunu təqdim edirik:
Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir. Aşpazın isə Masallıdan olduğu, cəsədininhələ də tapılmadığı deyilir.
Xatırladaq ki, gəminin "Palmali"nin sahibi Mübariz Mənzimova məxsus olduğu haqqında xəbər yayılıb.
***
Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda taxıl daşıyan Türkiyə bayrağı altında üzən “Royad Mammadov” adlı yük gəmisində PUA hücumu olub.
Mia.az xəbər verir ki, dron hücumundan sonra gəmidə yanğın çıxıb: "İnsident zamanı 2 nəfər həlak olub, onlardan biri azərbaycamnlıdır. 11 nəfər isə yaralanıb".
***
Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.
Mia.az xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.
Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir.
“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur.
Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.
***
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AMEA-nın strukturunda dəyişiklik - Əli Əsədov qərar imzaladı
Bugün, 13:29 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir- Əhali təxliyə olunur (Yenilənib)
Bugün, 13:21 GÜNDƏM
-
Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ necə veriləcək? - YENİ QAYDA
Bugün, 13:15 CƏMİYYƏT
-
Tramp, Putin və Si Cinpin görüşü: dünya siyasətində yeni güc balansı və beynəlxalq münasibətlərin gələcəyi (TƏHLİL)
Bugün, 13:03 SİYASƏT
-
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Bugün, 12:54 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:47 CƏMİYYƏT
-
Prezident İlham Əliyevin Vyetnama səfərinin görünən və görünməyən tərəfləri... - TƏHLİL
Bugün, 12:32 SİYASƏT
-
İlham Əliyev Vyetnamın Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 12:19 GÜNDƏM
-
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 12:13 GÜNDƏM
-
Partiyasını dəyişən sədrin davranışı belə müzakirə yaratdı - "Bizim məscidin mollasından yaxşı dua oxuyur"
Bugün, 12:05 SİYASƏT
-
“Araz” supermarketlər şəbəkəsi iki nominasiya üzrə mükafata layiq görülüb
Bugün, 11:59 İQTİSADİYYAT
-
“Atlant”ın rəhbəri vəfat etdi
Bugün, 11:59 GÜNDƏM
-
Miqrasiya orqanlarına qəbul imtahanında Azərbaycan dili fənni ləğv edilir – YENİ BÖLGÜ
Bugün, 11:37 GÜNDƏM
-
Rihanna "sərhəd"i aşdı - Bu dəfə elə şey etdi ki... (FOTO)
Bugün, 11:23 ŞOU-BİZNES
-
Sahil Babayev şöbə müdirini yüksək vəzifəyə təyin etdi
Bugün, 11:15 İQTİSADİYYAT
-
MEDİA müsabiqə qaydalarına yenilik edib
Bugün, 11:01 PRESS
-
İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
Bugün, 10:48 CƏMİYYƏT
-
"Bu təyinat mənim üçün böyük şərəfdir" - Rektor təyin edilən Məleykə Abbaszadədən ilk açıqlamalar
Bugün, 10:33 SİYASƏT
-
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Paytaxt qaranlığa qərq olub
Bugün, 10:24 GÜNDƏM
-
"Bayqaralar" cinayətkar dəstəsinə qarşı əməliyyat: 101 nəfər saxlanıldı
Bugün, 10:15 KRİMİNAL
-
Şahdağda qar yağır
Bugün, 10:06 CƏMİYYƏT
-
Bakının daha üç rayonunda müşavirələr keçirilib - Nələr müzakirə olunub?
Bugün, 10:05 CƏMİYYƏT
-
Azərbaycan neft bir dollara yaxın bahalaşıb
Bugün, 09:59 İQTİSADİYYAT
-
QHT-lər üçün qrant müsabiqələri elan edilib - ŞƏRTLƏR
Bugün, 09:49 SİYASƏT
-
"Rövşən Nəcəf, biz nəylə dolanaq ? Mikayıl Cabbarov, necə yaşayaq?" - "Azəriqaz"ın sürücüləri "bu qərarı dayandırın" deyir
Bugün, 09:36 GÜNDƏM
-
YENİ NAZİRİN TƏƏCCÜB DOĞURAN YENİ ƏMRİ - "Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur"
Bugün, 09:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini və "İnqilab şəhidləri" abidəsini ziyarət edib - FOTOLAR
Bugün, 08:54 GÜNDƏM
-
Baş katib: "Avropa, ABŞ və Ukraynanın razılığa gəlməsi müsbət haldır"
Bugün, 00:11 DÜNYA
-
Daha bir serial efirlə vidalaşdı - Səbəb
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri - Vüqar Rəhimzadə yazır
19.11.2026, 23:29 SİYASƏT
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTOLAR
19.11.2026, 23:29 GÜNDƏM
-
NATO Baş katibi: "Nüvə silahına sahib ölkə liderləri bir araya gəlməlidir"
19.11.2026, 21:50 DÜNYA
-
445 min manatlıq mübahisəli iş - Axtarışda olan Zinyət Səfərova Türkiyədə tutulub
19.11.2026, 21:39 KRİMİNAL