Türkiyədə daha bir müxalif bələdiyyə sədri saxlanılıb

Türkiyədə daha bir müxalif bələdiyyə sədri saxlanılıb

SİYASƏT

Bugün, 09:26

Türkiyədə daha bir müxalif bələdiyyə sədri korrupsiya ittihamı ilə saxlanılıb.

MİA.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu gün sübh tezdən İstanbulun Eyüpsultan rayon bələdiyyəsinə qarşı əməliyyat keçirilib.

Məlumata əsasən, korrupsiya ittihamı ilə keçirilən əməliyyatla 28 nəfər saxlanılıb: "Onların arasında Eyüpsultan Bələdiyyə sədri, CHP üzvü  Mithat Bülent Özmen də var"

Məlumata görə, eyni vaxtda keçirilən əməliyyat zamanı şübhəlilərin ev və iş yerlərində də axtarışlar aparılıb.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR