Ərdoğanı parlamentdə "boykot" edən Yeni Partiya lideri rəsmi qəbula da qatılmadı

Ərdoğanı parlamentdə \"boykot\" edən Yeni Partiya lideri rəsmi qəbula da qatılmadı

SİYASƏT

01.10.2026, 23:53

Bu gün Türkiyə parlamentinin payız sessiyasının açılış mərasimində Prezident Ərdoğan çıxış edərkən Parlamenti tərk edən Özgür Özəl və lideri olduğu Yeni  Partiyanın 90 deputatı daha bir addımla diqqət mərkəzinə düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, boykot qərarından sonra gün ərzində Parlamentdə görüşlərini davam etdirən Özgür Özəl və partiyanın deputatları axşam saatlarında Türkiyə Parlamentinin Böyük Məclis Zalında keçirilən rəsmi qəbulda da iştirak etməyib.

O, qəbul davam edərkən Parlamenti tərk edib. 

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR