Tramp: "Eşitdiyim hekayə budur, doğru olub-olmadığını bilmirəm"

Tramp: \"Eşitdiyim hekayə budur, doğru olub-olmadığını bilmirəm\"

DÜNYA

Bugün, 18:41

"Görünür, ikinci pilot ya terrorçu, ya da dəli olub."

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ötən gün  Dubaydan Təl-Əvivə gedərkən təyyarədə pilotlar arasında başlayan dava səbəbindən Səudiyyə Ərəbistanına təcili eniş edən Flydubai təyyarəsi haqqında danışarkən deyib.

O bildirib ki, bu məsələ ilə bağlı İsrail Baş naziri Binyamin Netanyahu ilə uzun söhbət edib: "Təəssüf ki, o dəli pilot digər pilot yoldaşını bıçaqlayıb. Təyyarədəki bir israilli santexnik kabinədən qışqırıqlar eşitdikdən sonra müdaxilə edib. O, pilotu oturacağından çıxarıb arxaya daşıyıb və təyyarəni yenidən düz uçuşa qaytarıb. Eşitdiyim hekayə budur. Doğru olub-olmadığını bilmirəm".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR